Milliləşmə amma necə?

1918-20-ci illərdə Azərbaycanın millət kimi ilk bünövrəsi qoyuldu ancaq bu bünövrənin üstünə inşa ediləcək bina 70 il təxirə salındı. İndi isə YAP hakimiyyəti bu bünövrəni anti-milli olaraq görür həmçinin onu mühafizəkarlıq ilə əvəzləyərək “Heydər Əliyev Mərkəzi” kimi büdrək bir Azərbaycan inşa etmək istəyirlər. Kommunist rejimində olduğu kimi demokratiya və söz azadlığı YAP tərəfindən anti-milli olaraq... Continue Reading →

Vətənşivənləri tanıyaq

Sovet sisteminin bizlərə miras qoyduğu Vətənşivənlərin öz mövcudluğu ilə Azərbaycanı sosial, siyasi, mədəni və elmi inkişafdan məhrum etməsi 21-ci əsr Azərbaycanının ən əsas problemidir. Vətənşivənlər kimlərdir? Vətənin sərvətlərini bir neçə ailənin talan etməsinə göz yuman, öz ailəsini “dolandıran”, oğluna ermənilər “dığadır” deməyi öyrətməklə vətənə olan borcunu ödədiyini düşünən insancıqlardır Vətənşivənlər. Onlar ictimai şüurdan uzaq, qonşusuunn... Continue Reading →

Təhsil Sistemindəki Müəmmalar

Bilərək və ya bilməyərək,  Azərbaycan iqtidarı Azərbaycandakı təhsil sistemində olması gərəkən islahatları başa çatdırmır. Azərbaycanın təhsil sistemində ancaq rüşvət problemi yoxdur, həmçinin bir sıra dərin problemlər də var: Sovet sistemində olduğu kimi şagirdlər hələ də yaş fərqinə baxmayaraq eyni təhsil ocaqlarına gedir, tədris proqramı sosialist yanaşma ilə işlənilir. Həmçinin, demokratiya, insan haqqları, vətəndaşlıq və əxlaq... Continue Reading →

7 ildən sonra “8 aprel”

“Dinc inqilabı mümkün etməyənlər zorakı inqilabı qaçınılmaz edəcəklər.” Con F. Kennedi (John F. Kennedy), ABŞ-ın 35-ci prezidenti. Uzun fasilədən sonra yenidən müxalifət liderlərini İctimai Palatanın 8 aprel mitinqində (2012) meydanlarda gördük və bu yeni bir sonun başlanğıcını göstərir. Artıq müxalifət liderləri üçün əsas göstərilən qəbahətlərin sonudur həmçinin hal hazırdakı müxalifət liderləri üçün son şansdır. Ona görə ki,... Continue Reading →

Bu gün taksi sürücüsü sıradakı kim?

16 və 17 yanvarda (2012 il) Azərbaycanda taksi şoferləri Nəqliyyat nazirliyinin və İctimai televiziyanın qərargahında etiraz aksiyası keçirdilər. Onlar tələb edirlər ki nəqliyyat nazirliyinin taksi sürücülərindən tələb etdiyi normaları cavab verə bilməzlər çünki bəzilərin avtomobillərinin rəngi və markası uyğun plana uyğun deyil, bəziləridə gündəlik qoyulan planı çox görürlər. Azərbaycanda nəqliyyat sahəsi kimi bir çox sahədə vətəndaşların... Continue Reading →

Uşaqların Əsarəti

Gündüz Vassaf 1946-ci ildə Amerikada doğuldu. Liseyi İstanbul Robert Kollecində tamamladıqdan sonra 1968-ci ildə Corc Vaşinqton Universitetində psixologiya təhsili gördü. 1977-ci ildə Ankara Hacettepe Universitetinin doktorluq edən Vassaf, uzun bir müddət Ankara Universiteti Mediko-İctimai Mərkəzində şagirdlərə psixoloji məsləhətçilik etdi. Beynəlxalq Psixoloqlar Şurası idarə heyəti üyeliğinde olan Gündüz Vassaf, 12 Sentyabr əsgəri çevrilişindən sonra təhsil üzvlüyü etdiyi... Continue Reading →

Azərbaycanda İslamofobia

54 bəyannaməsi və ondan sonra yazılan bir çox yazılar Azərbaycanda olan İslamofobianı ortaya çıxardı. Necə ola bilər ki, islam coğrafiyasına aid olan Azərbaycanda islama qarşı bu kimi mövqe olsun? İslama qarşı olan qorxu radikal islamçıların müvəffəqiyyətininmi? Yoxsa Azərbaycanın islamla əlaqədar qaynaq və araşdırma qıtlığındanmı irəli gəlir? İran İslam Respublikasının bizə qonşu olması islama qarşı olan... Continue Reading →

Aydınlanma dövrü: Filosofları

Fərz edilən (qondarma) “Erməni Soyqırımın” Fransa Milli məclisində qəbul edildiyi zaman Türkiyə baş naziri Rəcəb Tayyib Erdoğan “Fransız inqilabının simvolları olaraq bilinən azadlıq, bərabərlik, qardaşlıq prinsipləri bu gün şəxsən Fransa parlamenti tərəfindən ayaqlar altına alındı. Hər halda bundan sonra Fransa Volterindən Monteskyödən danışmaz'' dedi. Əslində Fransız İnqilabının memarlarını yetişdirən “Aydınlanma” dövrü filosofları haqqında bilmədən bu... Continue Reading →

Rafiq Tağının ölümündən sonra

 Bizim məhəllədə tanıdığım həm yaşıdım vardı sakit ancaq cüssəli birisi idi. Bir gün öyrəndim ki onu tutublar səbəbidə birisi onun anasına söyüb oda əsəbləşib söyən adamı bıçaqlayıb öldürüb. Əlbəttə ki çox üzüldüm tanıdığım birisinin qatil olmasına və ölən insana. Ancaq düşündüm ki mən olsaydım nə edərdim? Əlbəttə 21 ci əsrdə "öldürmək" hər nə səbəbdən olsun... Continue Reading →

Dövlət olmaq

Dövlətin var olmasını təmin edən əsas əlamətlər, müstəqil və sərhədləri müəyyən olan ölkə, suveren və təşkilatlı bir cəmiyyətdir həmçinin dövlət ictimai sahədə bütün müəssisələrini və fərdlərini (vətəndaşlarını) əhatə edən daxili birlikdir. Bu birlik özündə ictimai şüuru yaradır ki, buda dövlətin vizyonunu və misyonunu təyin edir. Azərbaycan da isə ictimai şüur demək olar  ki yoxdur bunun... Continue Reading →

Azərbaycanda fırıldakçı sosialistlər

‎"Bu zaman əsl bərabərlik olmalı və istehsal vasitələri uzun müddət özəl əllərdə deyil, kommunal (dövlət) əmlakı olmalıdır. "(bu cümlə aşağıdakı linkdən alınıb ) http://sdyo.org/?page_id=2 Bəylər sizlər sosialistsiniz nala mıxa vurmayın sosial demokratının adını kirlətməyin. Vaxtı ilə özünə liberal deyən bəzi gənclər milləti sevməyi konservativ olmaqla eyni kəfəyə qoyurdu, indidə siz başlamısınız sosial demokratiya göz qoymağa... Continue Reading →

Qadınım

Bir qadın sevdiyi üçün hər nə səbəb olursa olsun ağlar əgər ağlamırsa onu sevmir yada sevdiyini zənn edir. Yalandan sevirəm demənin qanunda varmı cəzası yoxsa da o necə edələtli cəmiyyət olar ki birinə sevirəm deyib qəlbi ilə oynayasan ancaq ondan ayrılıb qəlbini parçalayaraq ölümə tərk edib cəza almayasan? Ancaq unutmayaq ki ölüm ancaq fiziksəl olmur... Continue Reading →

WordPress.com Bloqu.

Yuxarı ↑