Dövlətin kimlik siyasəti, Azərbaycanın “düşmən” və “qəhrəmanları”

“Azərbaycan”ın heç bir etnik qrupun adı ilə əlaqəsi olmamasına baxmayaraq “Azərbaycançılıq” adı üzərindən etnik milliyyətçiliyin edilməsi yəqin dünya üçün başqa bir analoqu olmayan hadisədir. İllərdir bu haqda aydınlarımız yazır və danışır ki, konstitusiyamızın dediyi kimi Azərbaycan coğrafiyasında yaşayan hər bir etnik qrupun mənsub olduğu Azərbaycan vətəndaşı azərbaycanlıdır (yəni talış, ləzgi və türklər kimi ermənilər də... Continue Reading →

Milliləşmə amma necə?

1918-20-ci illərdə Azərbaycanın millət kimi ilk bünövrəsi qoyuldu ancaq bu bünövrənin üstünə inşa ediləcək bina 70 il təxirə salındı. İndi isə YAP hakimiyyəti bu bünövrəni anti-milli olaraq görür həmçinin onu mühafizəkarlıq ilə əvəzləyərək “Heydər Əliyev Mərkəzi” kimi büdrək bir Azərbaycan inşa etmək istəyirlər. Kommunist rejimində olduğu kimi demokratiya və söz azadlığı YAP tərəfindən anti-milli olaraq... Continue Reading →

Vətənşivənləri tanıyaq

Sovet sisteminin bizlərə miras qoyduğu Vətənşivənlərin öz mövcudluğu ilə Azərbaycanı sosial, siyasi, mədəni və elmi inkişafdan məhrum etməsi 21-ci əsr Azərbaycanının ən əsas problemidir. Vətənşivənlər kimlərdir? Vətənin sərvətlərini bir neçə ailənin talan etməsinə göz yuman, öz ailəsini “dolandıran”, oğluna ermənilər “dığadır” deməyi öyrətməklə vətənə olan borcunu ödədiyini düşünən insancıqlardır Vətənşivənlər. Onlar ictimai şüurdan uzaq, qonşusuunn... Continue Reading →

Təhsil Sistemindəki Müəmmalar

Bilərək və ya bilməyərək,  Azərbaycan iqtidarı Azərbaycandakı təhsil sistemində olması gərəkən islahatları başa çatdırmır. Azərbaycanın təhsil sistemində ancaq rüşvət problemi yoxdur, həmçinin bir sıra dərin problemlər də var: Sovet sistemində olduğu kimi şagirdlər hələ də yaş fərqinə baxmayaraq eyni təhsil ocaqlarına gedir, tədris proqramı sosialist yanaşma ilə işlənilir. Həmçinin, demokratiya, insan haqqları, vətəndaşlıq və əxlaq... Continue Reading →

Bu gün taksi sürücüsü sıradakı kim?

16 və 17 yanvarda (2012 il) Azərbaycanda taksi şoferləri Nəqliyyat nazirliyinin və İctimai televiziyanın qərargahında etiraz aksiyası keçirdilər. Onlar tələb edirlər ki nəqliyyat nazirliyinin taksi sürücülərindən tələb etdiyi normaları cavab verə bilməzlər çünki bəzilərin avtomobillərinin rəngi və markası uyğun plana uyğun deyil, bəziləridə gündəlik qoyulan planı çox görürlər. Azərbaycanda nəqliyyat sahəsi kimi bir çox sahədə vətəndaşların... Continue Reading →

Uşaqların Əsarəti

Gündüz Vassaf 1946-ci ildə Amerikada doğuldu. Liseyi İstanbul Robert Kollecində tamamladıqdan sonra 1968-ci ildə Corc Vaşinqton Universitetində psixologiya təhsili gördü. 1977-ci ildə Ankara Hacettepe Universitetinin doktorluq edən Vassaf, uzun bir müddət Ankara Universiteti Mediko-İctimai Mərkəzində şagirdlərə psixoloji məsləhətçilik etdi. Beynəlxalq Psixoloqlar Şurası idarə heyəti üyeliğinde olan Gündüz Vassaf, 12 Sentyabr əsgəri çevrilişindən sonra təhsil üzvlüyü etdiyi... Continue Reading →

Azərbaycanda İslamofobia

54 bəyannaməsi və ondan sonra yazılan bir çox yazılar Azərbaycanda olan İslamofobianı ortaya çıxardı. Necə ola bilər ki, islam coğrafiyasına aid olan Azərbaycanda islama qarşı bu kimi mövqe olsun? İslama qarşı olan qorxu radikal islamçıların müvəffəqiyyətininmi? Yoxsa Azərbaycanın islamla əlaqədar qaynaq və araşdırma qıtlığındanmı irəli gəlir? İran İslam Respublikasının bizə qonşu olması islama qarşı olan... Continue Reading →

Aydınlanma dövrü: Filosofları

Fərz edilən (qondarma) “Erməni Soyqırımın” Fransa Milli məclisində qəbul edildiyi zaman Türkiyə baş naziri Rəcəb Tayyib Erdoğan “Fransız inqilabının simvolları olaraq bilinən azadlıq, bərabərlik, qardaşlıq prinsipləri bu gün şəxsən Fransa parlamenti tərəfindən ayaqlar altına alındı. Hər halda bundan sonra Fransa Volterindən Monteskyödən danışmaz'' dedi. Əslində Fransız İnqilabının memarlarını yetişdirən “Aydınlanma” dövrü filosofları haqqında bilmədən bu... Continue Reading →

Aydınlanma dövrü: Ümumi Baxış

18-ci əsrdə xanlıqlar arasında müharibələr və islam coğrafiyasında elmi durğunluq Azərbaycanı  Avropada olan elmi tərəqqidən xəbərsiz buraxdı. Bu əsrdə elmi tərəqqi ilə birgə  Fransa mərkəzli olsada Avropada “Aydınlanma” (Enlightenment) adlanan yeni bir hərəkat yarandı və bu hərəkatın fəlsəfəciləri elmi tərəqqini davamlılığını dəstəkləyirdi. Bu hərəkatın əsas hədəfi təbiətin həm də bu dünyadakı insanoğlunun yerini anlamaq üçün tək meyar... Continue Reading →

Sosial Təhlükəsizliyimiz

Azərbaycanda son bir neçə ayda həbs edilən bir çox həm vətənlərimizin (siyasi məhbusların) bir çoxu ölkədə var olan problemlərin səbəbini bir-başa təsir edən faktorlarda görmürlər və sistemin doğurduğu bu faktorların rejimin tamamiylə dəyişimiylə ortadan qalxa biləcəyinə inanırlar. Ölkədə hamımızın sosial təhlükəsizliyimiz təhdid edici hal almaqdardır və bunun açıq şəkildə görüldüyü bir hadisəni danışacam. Keçən ili... Continue Reading →

Vecihi Hürkuş

 Ən son Türkiyə parlament seçkilərində Rəcəb Tayyib Erdoğanın seçim kampaniyasında vəd edirdi ki, gələn 20 ildə Türkiyə öz təyyarəsini istehsal edəcək. Bu əlbət də ki, Türkiyə Aviasiya tarixini bilməyənlər üçün təəccüblü gələ bilər ancaq Türkiyə tarixən bir neçə dəfə öz yerli mühəndislərin təşəbbüsü ilə təyyarə istehsal etmişdir. Bu mühəndislərdən biridə Vecihi Hürkuşdur (1896 -1969) və... Continue Reading →

Elektron Biznes Fəaliyyətlər

İnformasiya texnologiyaları son on ildə inkişaf edərək artıq bank sisteminə, elmi araşdırmaya, jurnalistikaya, təhsilə, iş həyatına, səyahətə və bunlar kimi bir çox sahəyə  yön verməkdədir. Bu inkişafın məhsulu olan, virtual mühitdə biznesdə yeni norma və prinsipləri olan bir tədqiqat sahəsinə və liberal iqtisadiyyatın əsas meyarına çevrilmişdir. Çox təəssüf ki, Azərbaycanda biznes üçün gərəkli olan liberal... Continue Reading →

WordPress.com Bloqu.

Yuxarı ↑