“Prezident” və onun divanı

Milli Məclisdə (əslində Milli məclis deməyə insanın dili gəlmir) müzakirəyə çıxardılmaq istənən mövzulardan biri də yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə  maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan edilmesidir. Bu böyük “ideya” ancaq bizim vəkillərin ağlına gələrdi, kişiləri axtalamaq haqda qanun təklifi verən bir məclisdən başqa nə gözlənir ki? Yəqin indi də müxalif gəncləri həbs edəcəklər ki, ixtişaş salmaq üçün evdə maska hazırlayırlar. Plastik qablarda molotof  kokteyli hazırlamaqla ittiham edilen 7 gəncimiz məhkəməsi sonlanmadan başqa bir cəbhə açılır hüquq mübarizəmizdə. İctimai sazişin olmadığı bir ölkədə belə əcayib qanunların olması normaldır. Hər keçən il əleyhimizə işləyir, çünki azadlıqlarımız əlimizdən yavaş-yavaş alınır ancaq millət hələdə qış yuxusundadır.

Digər tərəfdən, heç bir qanuni legitimliyi olmayan “Prezident” deyir ki, Rusiya ilə Qərb arasında seçimi referendum ilə xalq versin. İnanmıram ki, bunun səbəbi özünün legitimitliyinin olmamasına inanmasıdır. Ağlı sıra, Rusiya və Qərb arasında olan ixtilafı referendumla həll etmək istəyir ancaq unudur ki, hər iki ölkədə Azərbaycandakı seçkilərin və referendumun necə keçdiyini bir sıra məmurlarından daha yaxşı bilirlər. Necə ki, Türkiyədə jurnalistlərin viza ilə əlaqədar sual verdikdə “Prezident” cavab verdi ki, Türkiyədən gələn dövlət məmurlarına, diplomatlara və sıx-sıx gələnlərə vizasız gələ bilmələri üçün çalışmalar başlatacaq. Necə deyərlər “Məlumun elanı” çünki, Türkiyədə dövlət işçilərinə yaşıl passport verilir və onlar Azərbaycana vizasız gedib gəlirlər həmçinin diplomatlarında viza problemi olmur. Qalır geriyə “sıx-sıx” gəlib gedənlər onlarda nece müəyyənləşəcək Allah bilir. Nəsə əsas məsələ orasındadır ki, bu iqtidar zənn edir ki, kürüdən, neftdən alıb onu prezident qəbul edənləri bizim millətə gəldiyi kələk kimi kələk gələ bilər. Zaman bunu göstərəcək…

Qeyd:

Cəmiyyət Elektron Jurnalında yayımlanmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: