Vətənşivənləri tanıyaq

Sovet sisteminin bizlərə miras qoyduğu Vətənşivənlərin öz mövcudluğu ilə Azərbaycanı sosial, siyasi, mədəni və elmi inkişafdan məhrum etməsi 21-ci əsr Azərbaycanının ən əsas problemidir.

Vətənşivənlər kimlərdir?

Vətənin sərvətlərini bir neçə ailənin talan etməsinə göz yuman, öz ailəsini “dolandıran”, oğluna ermənilər “dığadır” deməyi öyrətməklə vətənə olan borcunu ödədiyini düşünən insancıqlardır Vətənşivənlər. Onlar ictimai şüurdan uzaq, qonşusuunn başına gələn faciəyə laqeyd yanaşan və vətəni üzərində qurulan “diktator sistemi”  özlərinə layiq görən düşüncəsizlərdir. Bu kimi məxluqlar bir diktatorun icraatlarına dəstək olaraq yaltaqlıqlarının qarşılığında “it payı” almağı özlərinə rəva görənlərdir. Həmçinin, Vətənşivənlər vətən torpaqlarının bir qrup fərdlərin mülkiyyətinə çevrilməsini, özəl sektorun məhdudlaşdırılmasını və vətəndaşların mülkiyyətlərinin qanunsuz yolla əllərindən alınmasını dövlətin nüfuzu olaraq qəbul edən aciz insanlardır.

Onlar acizdir, çünki öz haqqlarını istəməyi bacarmırlar. Onlar xəstə ruhludur, çünki Azərbaycana vətən deyən digər etnikləri düşmən gözü ilə görürlər. Onlar savadsızdır, çünki diktator rejiminin mahiyyətini və demokratik sistemin gərəkliyini anlamırlar. Onlar şüursuzdur, çünki ictimai saziş pozulduğunda xalqın hakimiyyətlə hesablaşması gərəktiyini düşünə bilmirlər. Qısacası, Vətənşivənlər bir çox maska altında dayanıb vətənə laqeyd, hətta bilərək və ya bilməyərək vətənə zərər verən parazitdirlər.

Kimlərə faydası var?

Vətənşivənləri daha çox avtoritar rejimlərdə görürük, çünki bu kimi sistemlərdə onlar ən ideal insan modelləridir. Onlar itlərin insanlara qarşı olan sədaqəti qədər bu sistemə sadiqdirlər və bu sistemə qarşı çıxanlar onların gözündə “vətən xaini”, “düşmənin quyusuna su tökən” və “xaricdən dəstək görən” olaraq qalırlar. Bu kimi ibtidai insanlar nə qədər ali təhsil alsalar da “demokratiya”,“insan haqqları” və  “Azadlıq” anlayışları onlar üçün yad qalmaqda davam edir və bu dəyərləri əxlaqsızlıq olaraq görürlər.

Hərbi qulluğu vətənə olan borc kimi qəbul edən Vətənşivənlər ancaq işğal olunan torpaqların niyə 20 il ərzində azad edilmədiyinin hesabını hakimiyyətdən tələb edə bilmirlər. Onlar bu sistemə müxalif liderlərin iyirmi ildə partiya sıralarında dəyişməməsindən  şikayət etməyə cəsarət edə bilirlər, ancaq 20 il nazir olan hökümətdən dəyişimi tələb etməyə cəsarətləri çatmayanlardır. Bu kimi insanlar ancaq dövlətin idmanda olan zəfərinə sevinib, lakin elmdə olan müvəffəqiyyətsizliyə, hətta geriləməyə kədərlənməyən vətənsevərlikdən uzaq insanlardır.

Vətənsevərlər ilə Vətənşivənləri necə ayıraq?

Vətən bir millətin formalaşmasında rol oynayan əsas anlayışlardandır. Ancaq vətən yalnız bir etnik qrupun (Azərbaycan Statistika Komitəsi Azərbaycandakı oğuz türklərini Azərbaycanlı olaraq görür) homogen yaşaması üçün bir ərazi olaraq görülərsə Ermənistan kimi irqçi bir dövlət ortaya çıxar, bu da qloballaşan dünyadan assimilyasiya olmaq deməkdir. Həmçinin bir etnik qrupun öncə məskunlaşması bir ərazini o xalqın tək vətəni etmir, bu həm ermənilərə, həm də Qafqaziyalı oğuz türklərinə aiddir. Azərbaycan həm türkün, həm ləzginin həm talışın, həm avarın, həm də erməninin vətənidir. Onlar birgə Azərbaycan millətini formalaşdırırlar və onların qayəsi əgər Azərbaycanda modern sivilizasiyanın tələbi olan “insan haqqları”, “demokratiya”, “Azadlıq” anlayışlarını bərqərar etmək olsa əsil vətənsevər olarlar. Çünki, insan haqqları hər bir fərdi bir cəmiyyətdə bərabər hüquqlu edir və fərdin inkişafını təmin edərək cəmiyyəti inkişaf etdirir. Demokratiya isə ictimai müqaviləni təmin edir və cəmiyyətdə var olan problemləri kompromis ilə həll edir. Azadlıq dövlətin və cəmiyyətin fərdlər üzərində ki nüfuzunu limitləyir, həmçinin vətəndaşda ictimai şüur yaradır. Bunlar göstərir ki, yaşadığımız torpaqların müharibədən uzaq və firavan olmasını istəyiriksə bu dəyərlər hər bir vətənsevərdə olmalıdır. Necə ki, 1918-20 Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 2 erməni partiyası və digər etnik qruplar təmsil olunmuşdusa bu gün də bu mümkündür, bir tək problem diktator rejimlər və vətənşivənlərdir.

Nəticə

Vətəni sevmək üçün kiməsə nifrət etmək tələb olunmur. Vətəndə yaşayan insanları sevmək və birgə yaşaya biləcəyimiz gözəl sistemi qurmaq əsil vətən sevgisidir. Amerika Birləşmiş Ştatları qurulduğunda fərqli etnik qruplardan və mədəniyyətlərdən insanlar vardı, ancaq qayə bir və düzgün olduğundan  millət ola bildilər. Vicdanını susdurmaq üçün özünü “millətçi” adlandıran qorxaqlar anlamalıdırlar ki, Azərbaycanlı milləti kimi formalaşmaq üçün bir az səmimi olmaq lazımdır. Problemlərin qaynağına laqeyd yanaşılmamalıdır. Həmçinin vətənşivənlikdən uzaq durulmalıdır.

Qeyd:

Cəmiyyət Elektron Jurnalında yayımlanmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: