Təhsil Sistemindəki Müəmmalar

Bilərək və ya bilməyərək,  Azərbaycan iqtidarı Azərbaycandakı təhsil sistemində olması gərəkən islahatları başa çatdırmır. Azərbaycanın təhsil sistemində ancaq rüşvət problemi yoxdur, həmçinin bir sıra dərin problemlər də var: Sovet sistemində olduğu kimi şagirdlər hələ də yaş fərqinə baxmayaraq eyni təhsil ocaqlarına gedir, tədris proqramı sosialist yanaşma ilə işlənilir. Həmçinin, demokratiya, insan haqqları, vətəndaşlıq və əxlaq dərsləri təhsil proqramında yer almırsa onda gələcəyin vətəndaşlarının necə bu kimi dəyərlərə sahib çıxmasını gözləyə bilərik ki?

Təhsil ocaqları

Təhsil sistemində sovet dövründən qalma əsas absurd problem odur ki, ibtidai sinifə və orta sinifə gedən şagirdlər eyni təhsil ocağını paylaşırlar. Bir neçə ay əvvəl Türkiyədə belə mübahisə vardı ki, 2012 və 2013 tədris ilindən ibtidai sinifə başlama limiti beş yaş olsun. Bir çox tədqiqatçılar buna qarşı çıxdılar ki, dördüncü sinifdə oxuyanlar ilə birinci sinifdə oxuyanlar arasında yaş fərqi böyük olacaq (beş və altı yaş).

Şagirdlər arasında yaranan bu böyük yaş fərqi bir çox sosial və psixoloji   problemlərə səbəb olur. Misal üçün, yaş fərqinə görə fiziki olaraq daha çox inkişaf edən şagirlər digərləri üzərində hegemoniya yaratmağa cəhd edir. Halbuki,  Azərbaycanda ibtidai sinifdə olanlar ilə orta sinifdə olanlar eyni təhsil ocağını paylaşırlar və təəssüf ki, buna qarşı çıxan da yoxdur. Hətta bir çox təhsil ocaqlarında ibtidai sinifə və orta sinifə eyni müəllimlər dərs keçirlər. Halbuki, müəllimlərin təhsil metodologiyası uşaqların yaş araqlıqlarına görə fərqli olmalıdır və eyni müəllim fərqli iki metodologiyada dərs keçə bilməz.

Türkiyə və Avropa təcrübəsindən gördüyümüz kimi, əvvəla ibtidai sinifə gedənlər üçün o yaş qurupuna çəkici gələcək təhsil ocağı yaradılmalıdır ki, məktəbə başlayan körpələrdə oxumağa həvəs olsun. Bunun ilə birgə, Azərbaycandakı orta siniflər Avropa və Türkiyədəki kimi orta məktəblərə və liseylərə bölünərək fərqli təhsil ocaqları olmalıdır. Həmçinin, orta sinifdəki intizamlı sistem litseylərdə daha çox yaradıcı sistem ilə əvəz olunmalıdır və litseylərdə məktəb sonrası peşə seçiminə diqqət edilməlidir.

Təhsil proqramı

Təhsil proqramımız isə ancaq materialist nəzəriyyə ilə yazılıb və burada yuxarıdakı problemdən qaynaqlanan bir çox məqamlar var. İbtidai siniflərdə intizamlı tədris proqramının olması doğrudur, ancaq orta sinif şagirdlərinin gərəksiz məlumatlarla beynini doldurmağa nə gərək var? Öz təcrübələrimizdən bilirik ki,  əzbərlədiyimiz bu məlumatların bir çoxunu məktəbdən məzun olduqdan sonra unuduruq və ancaq universitetə qəbul imtahanı üçün istifadə edirik.

Dəqiq elmlər ilə birgə humanitar dərslər isə tam bir fiaskodur. Ədəbiyyat dərsində sovet və saray Azərbaycan yazarlarını görürük və sanki, bütün ədəbiyyat bundan ibarətdir. Bəs Dostoyevksini, Tolstoyu, Balzakı və digər böyük yazarları nə vaxt öyrənməliyik? Tədris ilinin sonlarına doğru bir az Puşkin və  bir az da solçu dünya yazarlarından bir iki dərs işlənir vəssalam.

Tarix dərsində isə Səlcuqlulara və türk dövlətlərinə qarşı yad bir yanaşma var ki, bu da sovet yanaşmasıdır. Həmçinin tarix prosesləri siniflərə bölünərək tədris edilməsi absurtdur. Sosial elmlərdən isə “İnsan və cəmiyyət” adı altında qəribə dərs işlənir ki, müəllimlər bu dərsdə nə öyrədəcəklərini heç özləri də bilmirlər.

Vətəndaşlıq, demokratiya, insan haqları və əxlaq haqqında dərsləri isə cəmiyyətdə olmadığı kimi heç tədris proqramında da tapmaq olmur. “Azərbaycan Konstitusiyası” dərsi isə tragediyadan başqa bir şey deyil, çünki nə tarix nə də hərbi müəllimləri bu dərsin keçirilmə metodologiyasını bilmir. Tədris proqramı gələcəyin yetişən vətəndaşlarını müəyyən edirsə Təhsil Nazirliyi ən azından Sovet sistemindən qalma tədris proqramını dəyişməlidir.

Nəticə

Azərbaycan hakimiyyəti vətənpərvər və demokratiyaya layiq vətəndaşlar yetişdirmək istəyirsə, etnik millətçilikdən əl çəkib müasir dəyərlər əsasında təhsil sistemi qurmalıdır. Tədris sistemində Sovet sistemin qalıqlarını təmizləməyik ki sonra “cəmiyyətimiz demokratiyaya hazır deyil” arqumenti ilə özümüzü aldatmayaq.”Təhsil bir cəmiyyətin ruhudur hansı ki, bir nəsildən digər nəslə ötürülür” deyir  İngilis yazar və filosof Gilbert Keith Chesterton, gəlin gələcəyimizə sahib çıxaq və iqtidardan bunu tələb edək .

Qeyd:

Cəmiyyət Elektron Jurnalında yayımlanmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: