Uşaqların Əsarəti

Gündüz Vassaf

1946-ci ildə Amerikada doğuldu. Liseyi İstanbul Robert Kollecində tamamladıqdan sonra 1968-ci ildə Corc Vaşinqton Universitetində psixologiya təhsili gördü. 1977-ci ildə Ankara Hacettepe Universitetinin doktorluq edən Vassaf, uzun bir müddət Ankara Universiteti Mediko-İctimai Mərkəzində şagirdlərə psixoloji məsləhətçilik etdi. Beynəlxalq Psixoloqlar Şurası idarə heyəti üyeliğinde olan Gündüz Vassaf, 12 Sentyabr əsgəri çevrilişindən sonra təhsil üzvlüyü etdiyi Boğaziçi Universitetinin istefasın verib.

O tarixdən sonra Kasel, Bremen və Marburg Universitetlərində elmi işçi, Kanadada McGill Universiteti Center for Developing Area Studies’te qonaq elmi işçi, Amsterdamda Averoes Stichting’de klinika psixoloq, Vyanada instutun für Hohore Studium’da qonaq araşdırmaçı olaraq işlədi .

Uşaqların əsarəti

Yaşasın Uşaqlar! Hər şey onlar üçün. Nə haqqımız var onları döyüş, aclıq, səfalət dolu zəhərli bir dünya buraxmağa? 20-ci əsrdə nəslimizın tarixə buraxdığı miras; dünyanı tapdığımızdan daha pis buraxmaqdır.

Keçən əsirdə sənaye inqilabı enerjisini, İngiltərədə Uelsdə kömür mədənlərində işləyən uşaq işçilərinin əməyi ilə təmin etdi. Ferma, toxuma dəzgahlarında, dağda, düzənlikdə heyvan arxasından həmişə uşaqlar var idi. Yeddi, səkkiz, doqquz, on uşaq sahib olan ana-atalar, uşaqlarını boğaz toxluğuna işlədir, işə qoşmaq üçün ölənlərin yerinə dərhal yenisini dünyaya gətirmək üçün fəaliyyətə başlayırdılar.

Uşaqların ölüm statistikası əziz ana və atalarının vəhşiliyinin əks etdirirdi. Heyvan kimi, məhsul kimi alınıb satılmadığı üçün ən aşağı, hətta heç dəyəri olmayan, bazarı olmayan bir obyekti uşaq. Həmişə belə olub. Heyvan daha yaxşı bəslənir, mal daha yaxşı qorunur uşaqdan. Tarix boyunca ən çox işçilər mi və kəndlilər mi istismar edilib? Yaxşı uşaqları kim istismar edir?

Tarixdə ən çox məzlum millətlər, xalqlarmı əzilmiş? Yaxşı, az qala daha beşikdə onları “iddiaları” ölmək üzrə yetişdirənlər, hər ölüylə, şəhidlə, zəfərlərinə bir addım daha yaxınlaşdıqlarını söyləyənlər kimdir? Daha dünən kimi xatırlayıram. İsrail təyyarələri Beyrutta az qala hər gün Fələstin məhəllələrini bombalayarkən eyni anda sığınacaqlara sığınan gələcək analar də yeni mücahidlər yetişsin deyə ayaqlarını milyonlarla spermaya aralayırdılar. Uşaqlarını dilənçi edən hətta orasını burasını qıraraq əl açdıranlar kimdir? Arvadlarından canları sıxıldığında qız uşaqlarını zorlayan kimdir? Arvadlarından canları sıxıldığında qız uşaqlarını zorlayan, diksindikləri ərlərindən canları sıxıldığın da oğlan uşaqlarıyla xəlvət girən analar kimdir?

Uşaqların, bədənləri narın olduğu üçün mi aclıqdan, qıtlıqdan daha çox ölürlər? Yoxsa yetkinlərin, onlar üçün uyğun gördükləri uşaq payındanmı? Stalin dövründəki qıtlıqda yetkinlərin bir-birini deyil də uşaqları yeməsi niyə? ABŞ yuvaya başlayan uşaqların barmaq izləri alınır. Gələcəkdə cinayət işlədiklərində asan həbs edilsin deyə deyil. Tam tərsi, gələcəkdə qaçırıldıqlarında, meşənin bir küncündə ismətinə keçilmiş cəsədi tapıldığında kim olduğu bilinsin, uşaqları qaçırıldığından bəri maraqda olan anası və atası xəbəri olsun deyə.

Din adına uşaqlara edilən təzyiq və hökmranlığın sayı-hesabı yoxdur. Özlərini bir tək Tanrıya hesab verməklə öhdəlikli tutan ruhanilər istədikləri uşaqları tanrılarına qurban etmişlər, işlətmişlər, zövqləri üçün istifadə, işgəncə etmişlər, satmışlar, beyinlərini bizdən olmayanlar pisdir deyə yuyub savaştırmışlar. Amma hər şey tanrı adına edildiyindən qarşı çıxan olmayıb.

“Kiçiklərimizi qoruyaq!” İnsanoğlunun uydurduğu ən böyük yalanlardan biridir bu. Toplanma düşərgələrindən sağ çıxan yəhudi yazar Primo Levi “Ən pislərimiz, işbirlikçilər, satqınlar, düzənbazlar xilas oldu; düşərgələrdə yaxşılarımız öldü, yaşadıqlarımızın ağrısını ömür boyu çəkəcəyik” deyirdi. Özüsə öz şahidliyinə dözə bilmədi və beş il əvvəl intihar etdi.

Uşaqlara gəlincə heçnə edilmir

Renessansla fərdin, inqilablar və qurtuluş müharibələri ilə istismarçılarla məzlumların və nəhayət əsrimizdə də “marjinallarının” dəyər verməyi öyrəndik. Bu yaxınlarda bir qəzet, indiki Amerika başçısının seçilməsini yeddi milyon homoseksual oya borclu olduğunu yazırdı. Marjinallar da mütəşəkkil oldu artıq.

Lakin uşaqlar yenə bu “haqq” mübarizəsinə qoşula bilmir. Çünki özlərinə edilən haqsızlıqların şüuruna çatana qədər yetkin olurlar və eyni nizam davam edir. Həmişə onlar adına qərar verilir.

Bu səbəblə uşaqlar digər sömürülənlərdə olduğu kimi, heç bir zaman özlərinə edilən haqsızlıqları dilə gətirə bilmirlər. Yan-yana gəlib təşkilatlana bilmirlər. Bir yerə ancaq özləri idarə edən yetkinlərin istəklərinə riayət etmək üçün, yada xidmətlərini yerinə yetirmək üçün gəliblər. Budur 1212 də Müqəddəs Qüdsə deyə yola çıxardılıb qul kimi satılan, satılmayanların aclıqdan, xəstəlikdən ölməyə məhkum buraxılan Xaçlı Uşaq Səfəri, budur 20 ci əsrdə Hitler Judgendi, Sovetlərin Pioneerləri, Tək Yol islamçıların və hakim ideologiyanın mütləq hakimiyyətlərinin davam etdiyi məktəblər.

“Azadlıqlar verilməz alınar” tarix boyu istifadə etdiyimiz əhəmiyyətli bir şüardır. Amma məsələn kölələr heç bir zaman öz mübarizələri, səyləri ilə azadlıqlarını almadılar. Gərək Amerikada, istərsə də Avropada kölələr, iqtisadiyyatları sərbəst əmək dövranını tələbinə görə azad edildilər. Ən azı iki min illik qəzəb, nifrət və şüurlanma nəticəsi deyil, qulların ehtiyac qalmadığından, kapitalizm başqa xarakterli bir əmək gücü gərəkdiğindən ortadan qalxdı.

Yenə də qullarımıza uşaqlarımızdan daha yaxşı baxmışıq son iki əsrdə. Düşünün, oğlan daha qiymətli görüldüyü üçün, ana atalar, xüsusiyyətlər uşaq doğurmanın dövlət qanunlarına tək uşaq ilə məhdudlaşdırıldığı Çin Xalq Cümhuriyyətində, qız uşaqları doğurur-doğmaz öldürülür hələdə. Platonların, Aristoların Yunanıstanında şikəst doğulan, istənməyən körpələr dağlara tərk edilmirdi ki  quşlara yem olsunlar deyə?

Uşaqlarımızın qurtuluşu üçün, nəslimizi bir inqilab yaratma məcburiyyəti ilə qarşı-qarşıyayıq. Ancaq uşaqlarımızla nə cür inqilab, kimə qarşı, necə edəcəyik? Günümüzdəki hakim düşüncə də onsuz da inqilablara qarşıdır. Keçmiş inqilablar iflas etmiş vəziyyətdədir. Buraxın inqilab etməyi, başqalarına nümunə olmağın belə totalitar bir anlayış olduğunu düşünənlər az deyil Gününü gün edən, məndən sonra tufan anlayışı ilə yaşayanların həyatı bir çox kimsəyə cazibədar gəlir artıq.

Nəyisə ki əsrlərdir etdiyimiz pisliklərin fərqinə çatırıq artıq. Qadağalar dünyasında bir çox şey edildi uşaqlar üçün. Birləşmiş Millətlər Təşkilatında qəbul edilən Universal Uşaq Hüquqları Bəyannaməsi uşaqların əleyhinə olan nə varsa edilməməsini tövsiyə edir, hər fərd kimi uşaqların da imtina edilməz hüquqları olduğunu vurğulanır.

Artıq Qərb kimi ölkələrdə uşaqlar ibtidai məktəb çağından etibarən onlara pislik edənləri əlaqədar gərəkli orqanlara şikayət edir, xəbardarlıq edirlər. Uşaqlar güclənirlər. İsveç kimi ölkələrdə uşaqların şikayətləri və ya xəbərdarlıqları birlikdə dövlətin mexanizmi işə düşür, polis, ictimai xidmət mütəxəssisləri, psixoloq, psixiatrlar, vəkillər və gedərək uşağın yoldaşları, qonşu, və ictimaiyyət dövrəyə girir.

Töhmət altında olan, ətraf mühitin şübhəli baxışlarını hiss edən və mühakimə edilmədən uşaq düşməni olaraq günahkar kürsüsünə oturdulan ailə, başqa valideynlərə də ibrət olur. Sovet rejimi düşməni deyə uşaqlarının xəbərləri ilə Sibiryaya sürgün edilən, öldürülən ana və ataların yerini mi alıb müasir İsveçli ana ataları? Özlərini polisə şikayət edə biləcək, qonum-qonşu qarşısında rüsvay edə biləcək uşaqlarının qarşısında ana-atalar daha daha diqqətli, daha bir təmkinlidirlər. Onlar qırmamaq, özlərinə düşmən etməmək, dövlətə tərs düşməmək üçün çox səy edirlər.

Əks halda uşaqlar ana və atalarını artıq boşandıra bilərlər. Boşanmanın tarixi təkamülü uşaqlara da çatdı. Artıq Şimal Amerika və Avropada uşaqlar, yəni qanuni həddi-buluğa çatmayanlar, qanuni olaraq valideynlərini boşanmaları üçün  məhkəməyə verə bilirlər, qazandıqları təqdirdə də yaşları yeddi-səkkiz olsa belə, məhkəmə qərarı ilə ailələrindən ayrılıb başqaları ilə yaşaya bilirlər.

Dünyanın uşaqları birləşin. Sizdən əvvəl şüurlanan bacılarınız, eşcinsəl qardaşlarınız, zənci qardaşlarınız, işçi yoldaşlarınız, xanədan düşməni babalarınız kimi, siz də sizdən olmayanlara qarşı tərəf olun. Kimsə sizi haqlı davanızdan saxlamasın. Onsuz da quruluşundan bu yana gəlmiş keçmiş növlərin 96 faizinin yox olduğu deyirlər.

10 Noyabr 1992, Heaton Moor

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: