Bu gün taksi sürücüsü sıradakı kim?

16 və 17 yanvarda (2012 il) Azərbaycanda taksi şoferləri Nəqliyyat nazirliyinin və İctimai televiziyanın qərargahında etiraz aksiyası keçirdilər. Onlar tələb edirlər ki nəqliyyat nazirliyinin taksi sürücülərindən tələb etdiyi normaları cavab verə bilməzlər çünki bəzilərin avtomobillərinin rəngi və markası uyğun plana uyğun deyil, bəziləridə gündəlik qoyulan planı çox görürlər.

Azərbaycanda nəqliyyat sahəsi kimi bir çox sahədə vətəndaşların qanunlar qarşısında çarəsiz qaldığını görürük ancaq bu kimi qanunlara birgə etiraz aksiyası heç rast gəlinmir. Problemin qanunvericilikdəmi, qanunlara boyun əyməyən vətəndaşlardamı, yoxsa ictimai şüurun olmamasındanmı qaynaqlandığını aydınlaşdırmağa çalışacam.

Qanunvericiliyin düzgün aparılmaması

Azərbaycanda qanunlar çıxarıldığı zaman vətəndaşların ehtiyac və sosial vəziyyəti nəzərə alınmır. Qanunverici orqan olan Milli Məclis SSRİ zamanındakı “Ali Sovet” kimi işləyir, yəni qanunlar dövlət tərəfindən vətəndaşlara diktə edilir. Bunun bir səbəbi Milli Məclisdə olanlar bilirlər ki, onları xalq yox min-bir cür saxtakarlıq edən dövləti idarə edənlər seçib. Dövləti idarə edənlər istədiyi zamanı kimi onlar məclisdə olacaqlar.

Digər tərəfdən, vətəndaşlar da hər beş ildən bir olan Milli Məclis çağrışlarında millət vəkillərinin gördükləri işlərə görə hesaplaşa bilmir. Əlbəttə ki, buna görə vətəndaşlar qanunlar qarşısında müdafiəsiz qalır.

Əslində isə, qanunların hazırlanma mərhələsində qanunun sahəsinə uyğun sorğu keçirilməsi və ictimaiyyətin rəyi alınmalıdır. Həmçinin, çıxarılan ağır qanunların qiymətini seçkilər zamanı vətəndaşlar verməlidir.Ancaq, ölkədə bütün seçkilərin və referendum nəticələrinin şübhə altında olması,  Azərbaycanda idarə edənlərlə idarə edilənlər arasında heç bir saziş olmadığını göstərir. Buda ölkənin sosial siniflərə ayrıldığına dəlildir:

I)     “Seçkin ailələr” qanunları hazırlayanlar.

II)    “Vasitəçilər” bu qanunları təsdiq edənlər və qaruyanlar.

III)   “Üçüncü tərəf” (yuxarıdakı siniflərin xaricində qalanlar) isə qanunları boyun əyməyi gözlənənlər.

Məsləksizlik, işsizlik və diktə edilən qanunlar

Azərbaycan Sovet Sosialist Respublikasında bütün təhsil sistemi totalitar sosialist rejimin ehtiyaclarına görə qarşılanırdı və bir çox peşə məhz bu sistemin ehtiyacına görə vardı. Həmçinin, kapitalist sistemdə də olan peşələrdə təhsil ocaqlarında sosialist sistemə görə tədris verilirdi. 1990-cı ildən yeni sistemə (kapitalist və demokratiya) keçildiyin də  “Müasir Azərbaycanın” vətəndaşları işsizliklə bərabər   peşəsiz də qaldılar ancaq  Qarabağ müharibə bu kimi işsizlik problemini unutdurdu.

Vətəndaşların əksəriyyəti artıq bilik və bacarığın çoxda əhəmiyyət kəsb etmədiyi ara-peşələrə yönəldi. Ara-peşələrdə işləyənlər qeyri-professional olduğundan daha çox “yazılmamış qanunlara” (misal üçün vergini gəlirə görə deyildə müfəttişlərin bəlirlədiyi məbləğə əsasən verilməsi) əsasən dövlət nəzarəti vardı və qanunlarda olan boşluqları da müfəttişlərə “hörmət” edilərək (Azərbayanda rüşvətə “hörmət” deyirlər) “yola verilirdi”.

Bu kimi peşələr misal olaraq el arasında “alverçi” adlanan ticarətlə məşğul olanları və “xalturşik” adlanan da taksi sürücülərini göstərə bilərik. Hətta, “Müasir Azərbaycanın” sisteminə görə təhsil almış məzunlarda iş tapmadıqlarında bu kimi ara-peşələrdə görürük çünki təhsil sistemində rüşvətin olması ilə bərabər hələdə köhnə sistemin tədris planından çoxda fərqi yoxdur.

Günümüzdə isə, iyirmi ilə yaxın ölkəni “yazılmamış qanunlarla”  idarə edənlər yeni diktə edilən qanunlarla idarəçiliyə keçdiklərində bu kimi məslək sahiblərinin qarşı durması ilə üzləşə bilirlər.

Narazıların birliyi olmamasının səbəbi “Mənə dəyməyən ilan min yaşasın”

Azərbaycanda hər peşə sahiblərinin problemi olmasına baxmayaraq birlikdə narazılıqlarını göstərmirlər çünki cəmiyyətdə ictimai şüur yoxdur və bir neçə istisna olmaqla ölkədə həmkarlar ittifaqları fəaliyyət göstərmir (bəzilərinin də ancaq adı var).

Bununla bərabər, bu kimi birliklərin olmamasının səbəbi insanlarda bir birinin qayğısına qalma haqlarını qoruma hissinin olmamasıdır. Buna misal olaraq, ticarət mərkəzinin Binə qəsəbəsindən Lökbatana köçürüldüyü zaman sahibkarların haqları tapdalandığında heç bir taksi sürücüsü bu kimi etirazlara qoşulmamışdı. Həmçinin, evi qanunsuz sökülən insanlara nə taksi sürücüləri nədə ticarətlə məşğul olanlar dəstək olmamışdı.

Millət olaraq birliyin olmaması üçün SSRİ zamanında kimi vətəndaşlıq hissindən məhrum buraxılan Azərbaycan milləti öhdəliklərinin fərqində deyil. Belə ki, rüşvət bataqlığında olan təhsil müəssisələri konstitusiyadan olan 1-ci maddənin “… dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” vətəndaşlıq verdiyi öhdəliyi öyrədə bilmir. Eyni zaman da, Azərbaycan vətəndaşı ehtiyaclarını dövləti idarə edənlərə səsləndirə bilməsi üçün konstitusiyada ki 49-cu maddədəki (“… hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır”) haqlarını hökumətdən tələb edə bilmir.

Halbuki, bu kimi öhdəliklərin fərqində olub da  etiraz edənlərə  cəmiyyətə daha çox “anarxist” və “radikal” kimi qələmə verilir. Lakin, Konstitusiyamızın 54-cü Maddəsi belədir: 1. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyəti və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır. 2. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.

Nəticə

Azərbaycanda qanunvericiliyin düzgün aparılmaması və vətəndaşlarda olmayan ictimai şüur taksi şoferləri kimi bir çox peşə sahiblərini qanunlar qarşısında çarəsiz qoyur. Nə qədər gec deyil, onlar hələdə konstitusiyamızın olan bəzi haqlarını dövlətdən və hökümətdən tələb etməlidirlər çünki onlar 2009-cu ildəki referendum kimi konstitusiyada olan bu haqlardan da məhrum ola bilərlər. Bunun üçündə, hüquqşünasların, siyasi partiyaların, qeyri-hökümət təşkilatların və vətəndaş cəmiyyətlərinin ictimai şüuru artıracaq maarifləndirmə layihələrinə daha da öncəlik verməlidirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: