Azərbaycanda İslamofobia

54 bəyannaməsi və ondan sonra yazılan bir çox yazılar Azərbaycanda olan İslamofobianı ortaya çıxardı. Necə ola bilər ki, islam coğrafiyasına aid olan Azərbaycanda islama qarşı bu kimi mövqe olsun? İslama qarşı olan qorxu radikal islamçıların müvəffəqiyyətininmi? Yoxsa Azərbaycanın islamla əlaqədar qaynaq və araşdırma qıtlığındanmı irəli gəlir? İran İslam Respublikasının bizə qonşu olması islama qarşı olan qərəzli fikirlərin səbəbi ola bilərmi?

Bir dövlətdə ki, əhalisinin böyük qisminin aid olduğu dinlə əlaqədar yetərli araşdırma edilməyibsə, qonşu dövlətlər  dini o dövlətə qarşı istifadə edirsə və dövlət də öz dövlət maraqlarını din üzərində qoruya bilmirsə, orada İslamofobianın və şəriətçilərin olması təbiidir.

– Məlumatsızlıq.

Baxmayaraq ki, Azərbaycan islam coğrafiyasına aiddir, islam dini ilə əlaqədar peşəsindən asılı olmayaraq Azərbaycan cəmiyyətində Avropadakı kimi məlumat qıtlığı mövcuddur. Sovet Sosialist Respublikaları Ittifaqında keçirdiyimiz 70 il bizi aid olduğumuz coğrafiyadan uzaqlaşdırıb, və totalitar sistemin içində gününümüz Azərbaycanı var edən bütün elmimiz, cəmiyyətimiz və dövlətimiz formalaşıb.

Həmçinin, ittifaqın əhalisinin böyük bir qisminin müsəlman olmasına baxmayaraq Kommunist ideologiyası dəyərlərinə zidd olduğundan islamla əlaqədar heç bir tərəfsiz elmi araşdırma edilməyib. Günümüzdə Sovet Respublikalarında yetişən əksər elmi dərəcəsi olan ziyalılarımız bəşəriyyət tarixində əsas rol oynamış islamı ancaq ittifaqın ideologiyasına görə araşdıra biliblər.

İslamla əlaqədar məlumatsızlıq o dərəcəyə çatıb ki, əhalisinin böyük çoxluğunun müsəlman olmasına baxmayaraq, Avropadakı bəzi faşist düşüncəli jurnalistlərin etdikləri səhvləri təkrarlayan və özlərinə ziyalı deyən şəxslər təhqir etdikləri cəmiyyətdən hörmət də gözləyirlər. İslamdan məlumatsız qalan cəmiyyətdə dini öz əməlləri üçün istifadə edən heç bir dini elmi dərəcəsi olmayan “molların” və ya şərqşunaslıq fakültəsində “sovet” tədrisi ilə təhsili almış fərdlərin ümidinə qalıb. Bəzilərinin islamın Azərbaycandakı rolu ilə əlaqədar çıxışlarında “sovet” ittifaqının təbliğatı ilə eyni olması bizə təəccüblü gəlməməlidir (Babək Xürrəminin islama qarşı mübarizəsi kimi).

– İran faktoru.

Məlumdur ki, cənubumuzda olan molla rejimi vətəndaşlarımızı narahat edir və onlarda islamla əlaqədar səhv təsəvvür yaradır. Bunun səbəbi hər iki toplumun da şiə məzhəbinə aid olması və cənubda bizimlə eyni dildə danışan 25 milyona yaxın soydaşımızın olmasıdır. Şiə məzhəbinə aid bir cəmiyyətin qurduğu dövlət modeli Azərbaycan Respublikasının vətəndaşlarına alternativ kimi görülə bilər. Halbuki, İranın Şimalında liberal dəyərlərlə qurulmuş demokratik cümhuriyyət molla rejimini daha çox narahat edecəkdir.

İran regionda hegemonluğunu artırmaq üçün məzhəbi məharətlə istifadə edir. Azərbaycanda dinlə əlaqədar təhsil ocaqlarının (mədrəsələrin) və ibadətxanaların idarə etməsi buna əyani sübutdur. Ancaq İranın bununla da yetinməyib hər zaman Azərbaycanın suverenliyini şübhə altında buraxan bəyanatlara da imza atdığı da görülür. Digər tərəfdən, İranın bu kimi mövqeyi və sanksiyaları Azərbaycanda olan liberal görüşlü insanları narahat etməyə bilməz. Çünki heç bir insani dəyərlərin gözlənilmədiyi İran rejimi dövlət siyasəti olaraq Azərbaycanın müstəqilliyini özlərinə təhdid hesab edir və hətta açıq-aşkar torpaqlarımızda haqq iddia edir. Özlərinə liberal deyən bəzi şəxslər də radikallaşaraq Adolf Hitlerin yəhudiliyə qarşı olan mövqeyi kimi “dini (islamı)  bəşəriyyət üçün təhdid hesab edirlər”. Lakin, unudurlar ki, dinin dəyərlər üzərində qurulduğunu iddia etsə də, bir dövlət dinin təmsilçisi ola bilməz və dövlətin etdiklərinə əsaslanaraq dinin mühakimə edilməsi düzgün deyil.

– Dövlətin din üzərində nəzarətsizliyi.

Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsi belədir: “I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.”

Ancaq çox maraqlıdır ki, Azərbaycanda dini xidmətlərlə əlaqədar Dini işlər üzrə dövlət komittəsindən başqa heç bir dövlət təşkilatı yoxdur. Lakin, Qafqaz Müsəlmanları Ruhani İdarəsi qeyri-hökümət idarəsi kimi dini quruluşlar QHT hesab olunurlar. Azərbaycan Respublikasının vətəndaşları dini ehtiyaclarını qeyri-hökümət təşkilatları vasitəsi ilə qarşılamalıdırlar. Bu da islamı dövlət siyasətlərinə bir vasitə kimi istifadə edən ölkələrə fürsətdir ki, Azərbaycanda radikal dini icmaların yaranmasına şərait yaratsın. Həmçinin bu kimi yaranan dini təşkilatlar məzhəbindən asılı olmayaraq özlərini islamın Azərbaycanda təmsilçisi hesab edirlər. Bu da islamla əlaqədar məlumatı az olan və olmayan insanları ürküdür. Türkiyə təcrübəsində görərik ki, dünyada şəriətlə idarə edilən dövlətlər süqut edənə qədər dini xidmətlərdə və təhsildə dövlət maraqları qorunmalıdır.

Nəticə

Azərbaycanda olan İslamofobianın səbəbləri həm də bizə şəriyyəti müdafiə edənlərin niyə arta biləcəyini göstərir. Çünki bunlar simmetrik olaraq inkişaf edən görüşlərdir. Günümüzdə bu kimi inkişafın liberal dəyərləri özlərinə təhdid hesab edən tərəflərə faydası var. Öz despot rejimlərini qorumaları.

One thought on “Azərbaycanda İslamofobia

Add yours

  1. Toghrul bey, teshekkurler maraqli fikirlerinizi bolushduyunuz uchun. Heqiqeten Azerbaycanda bugun Islamofobia genish fuset alib. Sizin o qeyd etdiyiniz mollalar ve sherietchileri Islam barede maariflendirmek daha chetindir neinki onlarin qinadighi ateistleri.
    Choxdandir bu movzuda oxumaq isteyirdim. Bu barede arashdirma aparmagha bashlayacagham ki, bu yazi da mene xususi guc verdi.
    Bir daha teshekkurler!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: