Aydınlanma dövrü: Filosofları

Fərz edilən (qondarma) “Erməni Soyqırımın” Fransa Milli məclisində qəbul edildiyi zaman Türkiyə baş naziri Rəcəb Tayyib Erdoğan “Fransız inqilabının simvolları olaraq bilinən azadlıq, bərabərlik, qardaşlıq prinsipləri bu gün şəxsən Fransa parlamenti tərəfindən ayaqlar altına alındı. Hər halda bundan sonra Fransa Volterindən Monteskyödən danışmaz” dedi.

Əslində Fransız İnqilabının memarlarını yetişdirən “Aydınlanma” dövrü filosofları haqqında bilmədən bu inqilabın bəşəriyyətə gətirdiyi töhfələrini anlamaq çətin olar. “Aydınlanma dövrü” qabaqcıllarının düşüncələrini qısaca anlatmağa çalışacam.

Volter (François Marie Arouet)

Volter və bəzi filosoflar aydınlanmış, filosof monarxın şaquli aydınlandırması nəzərriyəsin irəli sürürdülər və Prusya Kralı II Federik (Frederick II), Rusiya kraliçəsi II Katarin (Catherine II), və Müqəddəs Roma İmperatoru II Cosef (Joseph II) kimi despotları aydınlanmış hesab edərək nümunə olaraq göstərirdirlər. Lakin keçmişə nəzər salındığında, bu despotların bu hərəkatı istifadə edərək propoqanda məqsədi üçün istifadə etdiyini görürük və onlar əslidə daha da despot idilər.
Volterin sivilizasiya anlayışı böyük Avropa monarxiyalarının institutları və onların güc hərisliyi ilə birgə təşviq edilən iqtisadi rifah və mədəni tərəqqidən ibarətdi. O alimərin respublikasına və tarixi tərəqqidə ideyanın üstünlüyünə inanırdı.

Volter klassik ideyadan gələn insanlığın qardaşlığına və universal insani əxlaqı qəbul edirdi. O “Aydınlanma” hərəkatının ən böyük hümanist şəxsiyyəti idi və onun bir mütləq dəyəri var idi: İnsan İrqi.
Fransız “Aydınlanma” hərəkatının ən nüfuzlu Fransız yazarlarından olan Volter (Voltaire) prinsiplərini belə sıralayırdı.

• Səbəbin muxtariyyəti
• Qüsursuzluq və tərəqqi
• Səbəbini aşkar etməyə etimad
• Təbiət, insan və cəmiyyət idarə prinsipləri
• Avtoritetləri sıxışdırmaq
• Aydınlanmış ziyalıların kosmopolit həmrəyliyi
• Milliyətçiliyə nifrət etmək

İmmanuel Kant

İmmanuel Kant Almaniyanın Koniqsberq Universitetinin fəlsəfə professoru, həmçinin Aydınlanmanın skeptik və materialistik ekstremistdən gələn filosofu idi. Kant bəzi həqiqətləri elmi tədqiqat vasitəsilə maddi məmulat əldə ediləməyəcəyini bildirirdi. Maddi dünyanın ötəsində sahə elm üçün əlçatmazdır. Tanrının varlığı kimi mənəvi və dini həqiqətlər elm tərəfindən sübut edilə bilməz, lakin insanlıq üçün bunlar rasional varlıqlardır. Kanta görə səbəblər fiziki həqiqətlərin təfsirinin xaricində də ola bilər.

Kant fəlsəfi sistemində hissi təcrübənin intuisiyaya yaxınlığı kimi, intuisiya saf səbəb və insanın yüksək səyinə bağlıdır. Bu insan təbiətindən yaranan müəyyən subyektiv hisslərdən gəlməktədir. Tanrı ideyası zehnin harmoniyaya olan meylindən yaranmaqdadır. Kanta görə insan vicdanının inkişafı ancaq insanın təbiətindən yaranır.

Mücərrəd səbəb elmi və qanunlardan başqa mənəvi mühakimə və dini təfsirin həqiqi mənbəyidir. Kant idrakı istifadə edərək mistik dinə fəlsəfi baza verirdi.

Alman filosofu İmmanuel Kant sözlərinə görə, çağın şüarı “Bilməyə cəsarət etmək” olmalıdır. Dövrün qəbul görən əksər dəyərləri və fikirləri yenidən mühakimə edilməli, həmçinin müxtəlif yönlü yeni fikirlər tədqiq edilməlidir.

Jan Jak Russo

Jan Jak Russonun “İctimai Saziş” (Social Contract 1762), “Emili” (Émile, 1762) və “Etiraflar” (Confessions 1782) 19-cu əsir romantizminə təkan verilməsinə xidmət edən siyasi və təhsil nəzəriyyələrinə əsaslı təsir etmişdir.

İnsan azadlığı, mülkiyyətin mühafizəsi və müzakirə azadlığı mücərrəd idrakdan çox, mənəvi dəyərlərində olan insanın başlıca ehtiyacları, coşquları və meyilləri ilə əsaslanırdı.

Jan Jak Russodan başqa heç bir fəlsəfəci köklü sosial transformasiyanı təşviq etmirdi. Volter kimi bir çox aydın, maariflənmiş absolyutizmi müdafiə edirdilər. Russo həməsri cəmiyyətlə kompromisə getməyi qəbul etmirdi. O mənəvi islahatı, dinin dirçəlməsini və mentaliteti təmizlənməyə səsləyirdi.

O şövqlə insanın mənəvi və hüquqi bərabərliyinə, xalqın suverenliyinə və ümumi iradənin hakimiyyətə yansıması gərəkdiyini müdafiə edirdi. O ibtidai sadəliyi qaytarmaq istəyirdi. O təbii vəziyyətin (“state of nature”) heç vaxt mövcud olmadığına aydınlıq gətirməklə bərabər, “özünü idrakla” bunu sübut etdiyini inanırdı.

Lakin, 18-ci əsrdə ictimai sazişdə dövlətin limitsiz müstəqilliyinin təriflənməsini görürük. Russo azadlıq anlayışında qanunlara itəatkarlığın ancaq insanların özləri tərəfindən qoyularsa edilməsi gərəkəcəyini deyirdi. Əgər insanın mənəvi azadlığı yoxdursa, siyasi və düşüncə azadlığı onun üçün dəyərsizdir. Dövlətin əsas funksiyası hüquqi və mənəvi bərabərliyi bərqərar etməkdir.
“Emili” kitabında, Russo cavanların bəzi şeylərin öyrənilməsinə məcbur edilməsinə ancaq bu məcburiyyətin insanın tiranlığına çevrilməməsini istəyirdi. Hər kəs ümumi iradəyə təbii hal kimi itaət etməlidir lakin, əmrə əməl edərək yox, bunun mahiyyətini anlayaraq.

Şarl Lui Monteskyö

Monteskyö 1748-ci ildə yayımladığı “Qanunların ruhu haqqında” əsərində despotizmə, köləliyə və klerikalizmə qarşı olması gərəkən nifrətin səbəblərindən yazırdı. Aristokrat olmayanları “keçici ölülər” adlandırır və fundamental qanunların monarxiyanı bərkitdiyini deyirdi.

O, feodal mülkü yenidən gücləndirmək istəyən aristokratlar arasında böyük nüfuzsa sahib olmasına baxmayaraq ancaq İngilis konstitusiyaçılığında olan güclər ayrımını və müasir konstituaçılığı dəstəkləyən liberal tərəfdarları da vardı.

Aydınlanmanın Alman Kant, ingilis Devid Ham, italiyan Sezar Bakkari, Amerika kolonisindən Benjamin Franklin və Tomas Ceferson fransız filosofları ilə əlaqələri, həmçinin öz haqqları üçün olan hərəkatlarına böyük dəstəkləri vardı. 18-ci əsrin birinci yarısında Aydınlanmanın öncülləri mübarizə baha-başa gəlsə də dəvam edirdilər. Bir çoxları yazılarına görə həbs edilir və ya idarənin sensuzasına məruz qalır yada kilsə tərəfindən qınanırdılar.

18-ci əsrdə bir çox dəyişikliklər Aydınlanmadan gələn fikirlərdən təsirləndi. Russo təsiri altında sentiment və emosiyaya səbəb kimi hörmət edildi. Avropalıların gözündə İstiqlal Bəyannaməsi (“the Declaration of Independence”, Amerikada Ştatlarında) və İnqilab müharibəsi (“The Revolutionary War”, Amerikada Ştatlarında) ilk dəfə aydınlanmadan çıxan fikirlərin mühazirə olmaqdan çıxıb, həyata keçirilə biləcəyini  öyrətdi.

Bəlkədə, Amerika İnqilabı Avropada var olan rejimlərin tənqid edilməsinə və mühakimə edilməsinə cəsarət verdi. Bəzilərinə görə Aydınlanma Çağı Fransız İnqilabı (1789) ilə başa çatdı ancaq dövrün sosial və siyasi oyanması İnqilabı gətirən amildi. Filosofların yeni düşüncələri formalaşırdı, İnqilabda bu düşüncələrin müasir dövrə qədər çatan tətbiqinə imkan yaratdı. Bu kilsənin tənəzzü və modern sekularizmin yayılması üçün əsas mərhələ oldu.

Aydınlanma mütləq monarxiyanın sonunu proqnoz edən gələcəyin yeni vizyonu oldu. Aydınlanma dövrü filosofları insanın daimi xoşbəxtliyi üçün sadə bir formula kəşf etmişdilər: AZAD DÜŞÜNCƏ

Qeyd edim ki, bu məqalə həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: