Dövlət olmaq

Dövlətin var olmasını təmin edən əsas əlamətlər, müstəqil və sərhədləri müəyyən olan ölkə, suveren və təşkilatlı bir cəmiyyətdir həmçinin dövlət ictimai sahədə bütün müəssisələrini və fərdlərini (vətəndaşlarını) əhatə edən daxili birlikdir. Bu birlik özündə ictimai şüuru yaradır ki, buda dövlətin vizyonunu və misyonunu təyin edir. Azərbaycan da isə ictimai şüur demək olar  ki yoxdur bunun səbəbi iqtidar partiyasının (YAP)  mütləq tək hakimiyyət qurmaq istəməsidir.

Dövlət olaraq Azərbaycan

Azərbaycan dövləti 1918-ci ildən yaranmış və müstəqil olmasada Sovet Sosialist Respublikaları İttifaqında da vardı. Azərbaycanda 1990-cı illərin başlarından başlayaraq reforumlar və yenidən qurma başladı ancaq 20 ildə arzulanan hədəfə (demokratik respublika) müvəffəq olunmadı.

Bunun səbəbi dövlətin siyasətini icra edən hökümətlərin (əsasən YAP iqtidarı) demokratik zehniyyətə sahib olmaması idi. Bir növ beyin funksiyası yerinə yetirən hökümət (YAP iqtidarı) dövlətin mövcudluğundan çox öz hakimiyyətini əbədiləşdirmək istədi və müstəqil olması gərəkən bütün dövlət strukturlarını özünün bir orqanına çevirdi.

Hökümətin iqtidara gəlməsində rol oyanayan tərəfdarlarının maraqlarını dəstəkləməsinə demokratik cümhuriyyətlərdə normal baxmaq olar ancaq Azərbaycanda hökümət dövlətin digər tərəfləri (məhkəmə, qanunvericilik, bürokratiya və güc strukturları) üzərində də tək hakimiyyət qurduğundan və azad seçki də olmadığından iqtidar partiyası maraqları totalitar rejimlərdəki kimi dövlətin vahid çıxarını və ümumi iradəni geridə qoydu.

Həmçinin, Azərbaycanda məmurların bir çoxu totaliter rejimlərində kimi partiya üzvü olmasına məcbur edildi və edilməktədir. Halbuki, bürokratik üsulla təlim və işə alma dövlətin əsas metodu olmalıdır siyasi neytrallıq dövlət qorumalıdır hətta dövlət günün hökümətinin ideolojik həvəslərinə müqavimət göstərməlidir (partiya liderinin dövlət liderinə çevrilməsi kimi). Onlar anlamalıdır ki, hökümətlər gəlib keçicidir ancaq dövlət isə daimi olması üçün ədalətli və doğru idarə edilməsi gərəkdirir.

Son olaraqda, bir dövlətdə yaşayan, ortaq tarixi və mədəni dəyərlərə sahib və birlikdə yaşama məqsədi daşıyan insan birliyinə millət deyilir və halbuki Azərbaycan Dövlət Statistik qurumunun göstərdiyi kimi, Azərbaycan milləti  ancaq bir etnik qrupd yox yüz illərdir orda yaşayan digər etniklərdə olmalıdır (“millət” konstitusiyada da “xalq” deyilir halbuki “xalq” sözü daha çox sosialist quruluşlarda işlənir və qayəsi olmayan kütlə mənasına gəlir). Hər bir etnik qrup da öz adında qeydə alınma haqqı var və necə ki Azərbaycanda yaşayan digər etnik qruplar kimi “azərbaycanlı” olaraq adlanan “türklər” də öz adları ilə qeydə alınmalıdır.

Funksiyalarına görə dövlətlər

Dövlət funksiyasına görə bir-birindən fərqlənən növləri var: Minimal Dövlətİnkişaf edən Dövlət, Sosial Demokrat Dövlət, Kollektiv, Totalitar Dövlətlər və s.

Minimal Dövlət

Dövlət yalnız müdafiə orqanı olub əsas funksiyası sülh və ictimai nizamı bir çərçivədə təmin etməlidir ki vətəndaşlar istəklərinə görə həyatlarını yaşasınlar. Birincisi, dövlət daxili asayişin üçün mövcuddur. İkinci olaraq, dövlət vətəndaşlar arasında olan müqavilə və ya könüllü razılaşmaları təmin edir. Son olaraq da, dövlət xarici hücumlara qarşı müdafiəni təmin edir. Minimal dövlətin təşkilat aparatı  polis, məhkəmə sistemi və hərbi ilə limitlənmişdir. İqtisadi, sosial, mədəni, mənəvi və digər vəzifələr şəxslərə məxsusdur, buna görə də,  sivil cəmiyyət dövlətin əsas hissəsidir.

İnkişaf edən Dövlət

İnkişaf edən dövlət modelində sənaye artıma və iqtisadi inkişafa təşviq xüsusi önəm verilir  iqtisadi həyata bu kimi müdaxilələr olur. İnkişaf edən Dövlət modelinin sosialist rejimlərdən fərqi dövlət və digər əsas maraq dairələri ilə olan əlaqə “planlama” deyil də “kontrol” əsasında olur həmçinin dövlət maraqları əsas alınır. Yaponiya 1862-1912 illərdə bu kimi modellə iqtisadiyyatlarında böyük inkişafa nail olmuşdu və Yapon şirkətlərinin yüksəlişi məhz bu imkanlar sayəsində olmuşdur.

Sosial Demokrat Dövlət

Sosial demokratik dövlətlərdə sosial quruluşu şəkilləndirmək üçün  müdaxilə edilirkən əsas meyar şəffaflıq, bərabərlik və sosial ədalət prinsiplər sayılır. Bu kimi dövlətlər bazar iqtisadiyyatındakı qeyri-bərabərliyi və ədalətsizliyi düzəltmək üçün aktiv rol oynayır həmçininsərvətin artmasından çox ədalətli paylanmasına diqqət göstərir. Sosial Demokratik dövlətlər də fərdi səlahiyyətlər prinsipini əsas meyar olaraq görülür və müasir liberallar və demokratik sosialistlər üçündə ideal dövlət sistemi sayılır (İsveç və Avstriya sosial demokratik dövlətlərdir).

Digər Dövlətlərin funksiyaları

Kolektiv Dövlətdə özəl müəssisə ləğv edilir həmçinin bütün idarəçilik nazirləri və planlaşdırma komitələrinin şəbəkəsi tərəfindən təşkil edilərək mərkəzləşdirilmiş planlı iqtisadiyyat qurulur. Dövlət  kollektivləşmə üçün bəraəti əsaslı sosialist tərcih olan ümumi mülkiyyətdə görür.

Totalitar Dövlətin əsas mahiyyəti dövlətin bütün quruluşları əhatə etməsi və insan üçün gərəkli olan amillərə təsir etmə gücünün olmasıdır. Totalitar Dövlətdə iqtisadiyyatla birgə təhsilə, mədəniyyətə, dinə, ailə həyatına və s. kontrolu altına almaq istəyir.

Otokratik Dövlət qanunvericilik, icra, məhkəmə səlahiyyətləri tək orqanda toplanır. Tək adamın suverenliyinə asılıdırsa Monarxiya, zümrənin suverenliyinə asılıdırsa Oliqarxiya adlanır.

Teokratik Dövlətdə dövlət idarəçiliyində dini qaydalar əsas meyardır. Dövlət nüfuzu, gücünü dini mənbələrdən alır. Dövlət, dini inanc və ibadətlərə birbaşa müdaxilə edir (misalən İran İslam Respublikası).

Nəticə

Yuxarıda dövlətin mahiyyətin və dövlət quruluşları haqqında qısa bir məlumat vermək istədim. Azərbaycan bu dövlət modellərindən hansına aiddir və hansına aid olmasın istərdin? Ən əsası Azərbaycanda dövlət və hökümət funksiyaları ayrıdırmı?

Sonucda görürük ki,

Dövlət hökümətdən daha böyükdür.

Hökümət dövlət hakimiyyətini fəaliyyətə gətirən vasitədir.

Dövlət daimi anlayışdır ancaq hökümət isə müvəqqətidir

Dövlət fərdi olmayan nüfuza sahibdir.

Dövlət cəmiyyətin daimi maraqlarını təmsil edir: vahid çıxar və ümumi iradə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: