Aydınlanma dövrü: Ümumi Baxış

18-ci əsrdə xanlıqlar arasında müharibələr və islam coğrafiyasında elmi durğunluq Azərbaycanı  Avropada olan elmi tərəqqidən xəbərsiz buraxdı. Bu əsrdə elmi tərəqqi ilə birgə  Fransa mərkəzli olsada Avropada “Aydınlanma” (Enlightenment) adlanan yeni bir hərəkat yarandı və bu hərəkatın fəlsəfəciləri elmi tərəqqini davamlılığını dəstəkləyirdi.

"Salon de Madame Geoffrin" (1812) rəssam: Lemonnier

Bu hərəkatın əsas hədəfi təbiətin həm də bu dünyadakı insanoğlunun yerini anlamaq üçün tək meyar “səbəbləri” götürməkdi və “səbəbləri” dini inanclar xaricində tutmaqdı. Buna əsaslanaraq  Tomas Peyin (Thomas Paine) bu dövrü “Səbəblər Çağı” (The age of Reason) adlandırırdı.

İsak Nyutonun (Isaac Newton) yer qravitasiya kəşfi bu çağa böyük təsir göstərmişdir. Əgər insanlıq tanrının qanunlarından sayılan kainatın sirlərini aça bilirsə onda niyə təbiətin və cəmiyyətin qanunlarını öyrənə bilməsin? Bu dövrün fəlsəfəsində bu açıq görülürdü və təbiət qanunlarının kəşfləri bəşəri qanunlarla paralellik təşkil edirdi.

Lok kimi 18 əsr filosofları biliyin doğuştan gəlmədiyini təcrübə və səbəbləri müşahidə edərək yiyələnildiyini qəbul edirdilər.

Diderota görə isə əgər din və idarəüsulu ilə əlaqədər danışmağı qadağan etsələr onun danışacaq heç bir sözü olmadığını deyirdi. Ona görədə təbiət elmi mərhələnin önündə idi.

Bütün filosoflar təbiət elmindən yazırdılar. Diderot və ensiklopedicilər üçün dini doqmalar cəfəngiyat və qeyri-dəqiq idi.

Ensiklopedistlər dinamik konsepsiya ilə bərabər inanırdılarki  cəmiyyət metafizik qanunlarla uyğunlaşmalıdır. Həmçinin təbii dinə, təbii mənəviyyat, tabii haqqlar və tabii iqtisadiyyat hakim olmalıdır. Eyni zamanda, Turqot və Kondorse kimi  onlar tərəqqi ideyasını təbliğ edirdilər.

Şotlandiyalı filosof Adam Smit iqtisadi davranışdakı dəyişilməz prinsiplərini  təsbit etmişdir. O  şəxslərin öz maraqlarını ancaq müsabiqə yolu ilə hərəkət edərək ümumi iqtisadiyyatı inkişaf etdirməyə təşvik edəcəyini iddia edirdi. Hökümət fərdi təşəbbüs və bazar qüvvələrinin fəaliyyətininin xeyrinə tənzimləməkdən çəkinməlidir. İnsan davranışının ümumi modelləri rasional düşüncədən gəldiyini yazırdı.

 Ümmumiyyətlə, Aydınlanma insan məşğuliyyətləri əlaqədar başlıca prinsiplərini yaratdı.  İnsan təbii olaraq yaxşıdır və daha yaxşı olmaq üçün inkişaf etdirilə bilər. Rasionallıq çox vacib idi və dinlər kor təbii inancdan faydalanırdı həm də müxtəlifliyə toleranslı deyildilər.

Yeni fikirlərin yayılması sıradan insanların əqidəsini dəyişdirirdi.  Oxuma klubları və qəhvə-evləri şəhər sənətkarlarına və biznesmenlərinin imkan verirdi ki, dəyişim gətirən yeni düşüncələri müzakirə etsinlər.

Aparıcı yazıçılar və elmi-fəlsəfi nəticələr geniş audtoriya qazandı və az rastlansada kitab satışınla əlaqədar böyük sərvət qazanıldı.

 Fiziki disiplinin köhnə metodları tənqid edilirdi və təmkinli davranış üçün uşaqların məsumluğu və rəhimli olmaq gərəkəkildiyi göz ardı edilməməliydi.

Qundaqlanma azalmaya başladı və valideyin kimi sərbəst hərəkətlər və gənc uşaqlarla maraqlanılmaya başladı.  Uşaqlığın öyrənmə mərhələsi olduğu düşüncəsi öyrədici oyuncaqların və uşaqlar üçün nəzərdə tutulan kitablar vasitəsi ilə imkanlı ailələr  arasında yayqınlaşdı.

 Deizmin Aydınlanmadakı rolu

Elmi araştırmanın məntiqi törəməsi olan deizm bəşəriyyətin rasional etiqadını və dini müqayisəli təhlil edirdi. Deizmdə dinlərdə tanrıya ibadəti və mənəvi dəyərlərə inancı nisbətən azaltmaq mümkün idi həmçinin  universal təbii dinin varlığı qəbul edilirdi.

Bir çox Aydınlanma dövrü filosofları tanrının varlığını qəbul edən deizmi qəbul edirdilər ancaq qarışıq xiristian ilahiyatini rədd edirdilər. İnsan həyatda yaşama hissinin axirətinə görə deyildə ölümdən əvvəlki həyatını təkmilləşdirmək üçün olduğuna inanırdılar.  Onlara görə dünyavi xoşbəxtlik dini qurtuluşdan öncə gəlməliydi.

Aydınlanma tətbiqi elmi metodların insan toplumunla əlaqədar tədqiqatlarada işlədilməsinə və müasir sosial elmin eksizlənməsinə yönləndirirdi.

Əsas fikir odur ki, məntiqi qanunlar sosial və fiziksəl davranışı xarakterizə edə bilər və biliklər bu metodu təkmilləşdirə bilər.

 Kriminoloqlar zalim cəzaların necə cinayətdən çəkindirəmədiyindən və yüksək cəmiyyətlərdə cinayətkarları təhsillə cəmiyyətə qazandırıla biləcəyindən yazırdılar.

Nəticə

Aydınlanma mütləq monarxiyanın sonunu proqnoz edən gələcəyin yeni missiyası oldu. Aydınlanma dövrü filosofları insanın daimi xoşbəxtliyi üçün sadə bir formula kəşf etmişdilər: AZAD DÜŞÜNCƏ

 Əlbəttə ki, bu hərəkatdan kənarda qalmamızın gününmüzdə belə  çətinliyi ilə üzləşirik. Bəlkədə ölkədə olan  avtoritar rejim, xalqımızın ictimai şüurunun olmaması və feodal sistemə qarçşı çıxmamasının səbəbi aydınlanmanın gecikməsidir.

 Həm modern dünyanın fundamental prinsiplərinin yazıldığı qaynaqların Azərbaycan dilində qıtlığı həm də Azərbaycanlı liberal fəlsəfəçilərinin çox az olması məhz bu dövrdə kənar qalmamızdır.  Mirzə Fətəli Axundov, Əhməd bəy Ağaoğlu və Məmməd Əmin Rəsulzadə Bolşevik inqilabıyla Azərbaycanda yarım qalan aydınlanmanın öncülərindəndir ancaq bu başqa məqalənin mövzusudur.

Qeyd edim ki, bu məqalə həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: