Vecihi Hürkuş

 Ən son Türkiyə parlament seçkilərində Rəcəb Tayyib Erdoğanın seçim kampaniyasında vəd edirdi ki, gələn 20 ildə Türkiyə öz təyyarəsini istehsal edəcək.

Bu əlbət də ki, Türkiyə Aviasiya tarixini bilməyənlər üçün təəccüblü gələ bilər ancaq Türkiyə tarixən bir neçə dəfə öz yerli mühəndislərin təşəbbüsü ilə təyyarə istehsal etmişdir.

Bu mühəndislərdən biridə Vecihi Hürkuşdur (1896 -1969) və onu Azərbaycanla olan bağı odur ki 1917-ci ildə müharibə zamanı Rusiya əsir düşdüyü Qafqazyada ki Nargin adasından Azərbaycan türklərinin köməyi ilə qaçmışdır.

 Təyyarəçi olmaq istəyirdi ancaq yaşı kiçik olduğundan maşinist məktəbinə qəbul etdilər. Təyyarə Maşinist Məktəbində Kiçik Zabit olaraq məzun oldu.

Müharibə illəri Maşinist olaraq Birinci Dünya müharibəsində Bağdad cəbhəsinə göndərildi. 2 Fevral 1916 tarixində bir təyyarə qəzasında yaralanaraq İstanbula qayıtdı.

Yeşilköy’dəki Təyyarə Məktəbinə girərək təyyarəçi oldu. Pilot olaraq ilk uçuşu 21 May 1916 uçdu. 15 Noyabr 1916 tarixində təyyarəçilik təhsilini bitirərək pilot diplomunu aldı.

1917 payızında Qafqaz Cəbhəsinə, 7. Təyyarə batalyonuna təyin edildi. Bir rus təyyarəsi salaraq Qafqaz Cəbhəsində təyyarə salan ilk təyyarəçi oldu.

8 Oktyabr 1917 günü bir hava müharibəsində yaralanaraq təyyarəsi düşdüyündə, Çar Ruslarına əsir olmadan əvvəl təyyarəsini təslim etməmək üçün yandırdı. Əsir olaraq Xəzər dənizindəki Nargin adasına gətirildi.

Məhz, burda Azərbaycanlıların köməyi ilə qaçaraq İran və İraqdan sonrada Türkiyəyə qayıtdı. Türkiyə Qurtuluş Savaşında (1919-1923) ilk və son uçuşunu etmişdir.

 İzmirdə Seydiköy Hava Meydanını düşməndən xilas edən təyyarəçi olmuş, TBMM-üç dəfə təqdirnamə alaraq qırmızı lentli Istiqlal Medalı qazanmışdır.

 İlk türk istehsalı “Vecihi” Təyyarəsi və TOMTAŞ Ədirnəyə səhvən enən bir sərnişin təyyarəsini almağa getdiyində xidmət qarşılığı bu təyyarəyə “Vecihi” adının verilməsi və 1919-cu ildə bəri təyyarə layihələri edən Hürkuş’ta təyyarə inşa etmək fikrini yenidən canlandırmışdır.

Qənimət olaraq Yunanlardan əllərinə keçən bir çox mühərrikdən faydalanaraq layihəsini hazırlayıb ilk təyyarəsini Vecihi Q VI’yı emal etmişdir.

Təyyarə üçün uçuş icazəsi istəmiş, uça-bilər sertifikatı üçün bir texniki heyət yaradılmış, ancaq texniki heyətin içərisində təyyarəni uçuracak və idarə edəcək personal olmadığından gecikmişdir.

Sonunda texniki heyətdən biri ona “Vecihi, Biz sənə bu lisenziya verə bilmərik, təyyarəsinə güvənirsə min, uç” sözü deyincə Hürkuş, 28 Yanvar 1925’de təyyarəsi Vecihi Q VI ilə ilk uçuşunu edir.

Türkiyə Milli Müdafiə Nazirliyi, Kayseridə Təyyarə Təmir və Motor Anonim Şirkəti (TOMTAŞ) adında bir fabrik qurmaq üçün razılaşır. Hürkuş, TOMTAŞ’ın təklifini qəbul edərək Almaniyaya gedir.

Hürkuş, Almaniyada Junkers A.20 tayyarelerinde bəzi nöqsanlıqları tapar, onların düzəldilməsi üçün Junkers A.35 ‘lərin istehsalını da iştirak etmişdir.

18 İyul 1926-da teleqrafla məmləkətə çağırılır, Junkers A.35 ‘in satın alınması üçün təcrübə uçuşu gərəkdirir. Junkers bu uçuşun xüsusilə Hürkuş tərəfindən edilməsini istənər.

Təyyarə zamanın ən müasir və yüksək atəş qüdrətində iki nəfərlik döyüş təyyarəsidir və döyüşdə hər tərəfə nişan alma gücü olduğunun sübut edilməsi üçün Fransızların gözdə təyyarəsi Nieuport Delage ilə yarışması gərəkir.

1 Avqust 1926 da təmsili döyüş keçirilir, döyüşü Junkers A.35 ilə Hürkuş qazanmışdır. Hürkuş yurda qayıtdıqdan sonra, TOMTAŞ əmrində biri 14 nəfərlik 3 motorlu Junkers G.24, digəri altı nəfərlik tək motorlu Junkers F.13 sərnişin təyyarələrinlə Ankara – Kayseri arasında nəqliyyat uçuşları etmişdir.

 Tarix 1927də. Hürkuş’un bu uçuşlarının, Türkiyədə ilk hava yolları uçuşlarıdır. Türkiyə Milli Aviasiya üçün gözəl bir başlanğıc olan TOMTAŞ çox təəssüf ki idarəçilik nöqsanlarında 1928-ci ildə iflas etmişdir.

“İki ildə mühəndis olunmaz” Türk Aviasiyası, 1937 payızında mühəndislik təhsili üçün Hürkuş’u Almaniyaya göndərir. Vecihi Hürkuş, Weimar Mühəndislik Məktəbinə ixtisas təhsil almışdır, 18 ay sonra da məzun olaraq Təyyarə Motorları üzrə mühəndislik diplomu almışdır.

Türkiyəyə qayıtdığında İqtisadiyyat Nazirliyinə müraciət edərək, “Təyyarə mühəndisliyi Ruhsatnamesini” almaq istədi. Ancaq səlahiyyətlilər, “iki ildə mühəndis olunmaz” deyərək “ruhsatı” verməkdən boyun qaçırdılar.

Mühendisliği Dövlət Şurasının qərarı ilə qəbul edilir. Türkiyənin ilk qadın pilotu olan Bedriye (Gökmen) bərabər Vecihi Hürkuşun bir çox tələbəsi olub.

Hürkuş Türkiyə Aviasiya tarixində böyük rol oynamışdır və Vecihi markalı bir çox təyyarə istehsal etmiş hətta Hürkuş Hava Yolları şirkəti qurmuşdur ancaq sabotajlar və əngəlləri keçə bilməyərək layihəyələri yarım qalmışdır.

2011 Türkiyə parlament seçkilərində Recep Tayyib Erdoğanın partiyası qalib ayrıldı və inanmaq istərdim ki, Hürkuş kimi bir çox Türk təyyarə mühəndislərinin arzusu çin olar. Türk mühəndislərinin istehsalı olan təyyarələri yenidən səmada görərik.

Qeyd edim ki, “Vecihi Hürkuş” məqaləsi həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

İstinad: http://www.vecihihurkus.net/ “Airline Management” dərsinin mühazirələri (2011), Bülent Demirci, Boğaziçi Universiteti.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: