Sosial Təhlükəsizliyimiz

Azərbaycanda son bir neçə ayda həbs edilən bir çox həm vətənlərimizin (siyasi məhbusların) bir çoxu ölkədə var olan problemlərin səbəbini bir-başa təsir edən faktorlarda görmürlər və sistemin doğurduğu bu faktorların rejimin tamamiylə dəyişimiylə ortadan qalxa biləcəyinə inanırlar.

Ölkədə hamımızın sosial təhlükəsizliyimiz təhdid edici hal almaqdardır və bunun açıq şəkildə görüldüyü bir hadisəni danışacam. Keçən ili yay aylarında yaxınlarımdan birisi yıxılaraq həkimlərin diaqnozuna görə bir qolundakı “oynaq sümüyü” qırılmışdı. İlk baxışda, bu kimi hal ölümə səbəb olacaq heç bir təhlükə görülmür.

Həkimlər xəstənin təcili əməliyyat olması gərəkdiyini deyirlər (şikəst qalmaması üçün) və baxmayaraq ki xəstə uzun illər dövlət qulluqçusu olub, xəstənin yaxınları bütün əməliyyat  xərcləri qarşılayacaqlarına razı olurlar.

Əməliyyatdan əvvəl anestetoloq xəstənin əməliyyat üçün yaşlı olduğunu iddia edir və ölüm təhlükəsi yüksək ola biləcəyini iddia edir. Lakin, 100 manat aldıqdan sonra bu kimi təhlükənin olmadığını və xəstənin metabolizmasının güclü olduğunu deyir!?

Cərrah əməliyyatın müvəffəqiyyətlə başa çatdığını həmçinin xəstənin artıq heç bir ölüm təhlükəsi olmadığını iddia edir. Bir neçə gündən sonra baş həkimin nəzdində tövsiyə edilir ki artıq xəstə əməliyyatdan sonra dinlənmə zamanın evdə keçirə bilər və həftədə bir sarığının təzələnməsi üçün xəstəxanaya gəlməlidir.

Lakin, xəstə əməliyyatdan on gün sonra öz evində ürəyində damar tutulmasından vəfat edir və buna səbəb bir çox faktor ola bilər:

Həkimlərin xəstən nəzarətin ehmalkar davranması, əməliyyatdan sonra adətən qanda yaranan laxtalanmaya qarşı tədbir almaması, və ya yıxılarkən qanda yaranan “tromp” üçün lazımi tibbi köməyin olmaması. Əməliyyat olmadan xəstə hər cür “check up” keçdiysə bu kimi risklər əvvəlcədən aşkarlanması gərəkmirmi?

Bu hadisə Avropada, İranda, Rusiyada və ya Türkiyə bir vətəndaşın başına gəlsəydi taleyi eyni olacaqdımı?!

Bu kimi ölkələrdəki tibbi mərkəzlərdə orqan nəqli və beyin cərrahiyyəsi sıradan əməliyyatlar kimi həyata keçirilir, əksər cərrahların da maaşları dövlət başçısından çoxdur, həkimlərində maaşı ortalama maaşdan qat-qat çoxdur. Həmçinin bu mərkəzlər həmdə tibbi təhsil və elmi-araşdırma  üçün fəaliyyət göstərir.

Əlbəttə ki, yuxarıdakı vəziyyət Azərbaycanda tərsinədir. Həkimlərin (cərrahlarda daxil) maaşları sosial ehtiyaclarının qarşılaya biləcək qədər yetərli deyil və həmçinin tibbi təhsil mərkəzlərində rüşvət halları adi hal alaraq elm mərkəzi olmaqdan çıxıb.

Bu səbəbdən əksər həkimlər tibb mərkəzinə hər müraciət edən vətəndaşa müştəri gözünlə baxırlar. Xəstələrə kömək etməkdən çox onlardan necə pul qopara biləcəklərini düşünürlər və həkimliyin etikasına tərs davranışlar sərgiləyirlər.

Azərbaycanda bu kimi vəziyyətə səbəb əlbəttə ki sistemin təsisçiləridir və onlar tibb mərkəzlərinin elə bir vəziyyətə salıblar ki özləri də müalicə olunmaq üçün xarici ölkəyə üz tuturlar. (Öyünərək deyirlər ki müasir Azərbaycanın təsisçiləri onlardır)

Sistemin müdafiəçiləri deyə bilərlər ki, vətəndaşlar özəl xəstəxanalara müraciət edə bilər. Pulu olmayan nə etsin axı bu müəssisələrdə müalicə böyük məbləğdə xərc tələb edir? Vətəndaşlarla idarə edənlər arasında sazişdə vətəndaşlar sosial xidmətlərdən yararlanmaq üçün onlara öhdəlik və güc verməyibmi? Bunları etməyən idarəçilər və onların qurduqları sistem nə qədər legitimitdir?

Səhiyyədə vəziyyətin yaxşılaşdırmaq üçün ilk öncə yeni araşdırma edən və təhsil verən tibb mərkəzləri regionlar üzrə yaradılması lazımdır ancaq yüksək məvaciblə. Bu müəssisələrdə təhsil dilinin ingilis, türk və rus dillərində olarsa elmi işçilərin qıtlığının öhdəsindən gəlmək olar həmçinin tədricən Azərbaycanlı mütəxəssislər yetişdirə bilərik.

Həmçinin sosial təhlükəsizlik işləyən və işləməyən vətəndaşlara zəruri qılınmalıdır. Amerika Birləşmiş Ştatlarında hətta turistlərədə bu kimi təminat istənməktədir həmçinin Türkiyədə Sosial Güvenlik Kurumu (SGK) və Yaşıl Kart sistemlərlə bütün vətəndaşlara pulsuz səhiyyə xidməti verilməktədir.

Azərbaycanda səhiyyə sistemində lazımi reforumlar edilməsi gərəkir artıq müstəqilliyimizdən 20 il keçir (hətta gecikmişik) bir an öncə müasir Azərbaycanın “təsisçiləri” buna diqqət etməlidirlər. Azərbaycan millətinin sərvətlərini yol və idman komplekslərinə indiyə qədər xərclədikləri bəsdi artıq vətəndaşlarımızında qayğısına qalacaq uzun müddətli layihələridə həyata keçirmək lazımdır. Yoxsa…

Qeyd edim ki, “Sosial Təhlükəsizliyimiz” məqaləsi həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: