Elektron Biznes Fəaliyyətlər

İnformasiya texnologiyaları son on ildə inkişaf edərək artıq bank sisteminə, elmi araşdırmaya, jurnalistikaya, təhsilə, iş həyatına, səyahətə və bunlar kimi bir çox sahəyə  yön verməkdədir. Bu inkişafın məhsulu olan, virtual mühitdə biznesdə yeni norma və prinsipləri olan bir tədqiqat sahəsinə və liberal iqtisadiyyatın əsas meyarına çevrilmişdir.

Çox təəssüf ki, Azərbaycanda biznes üçün gərəkli olan liberal iqtisadi mühiti yoxdur və Azərbaycanda biznes  inkişaf etməkdə olan informasiya texnologiyalarının gətirdiyi üstünlüklərindən məhrum olur. Həmçinin, ali təhsilin səviyyəsinin aşağı olduğu üçün informasiya texnologiyaları haqda məhsuldar tədqiqatlar da aparılmır.

E-bizneslə (elektron  biznes) geniş anlayışdır həmçinin ticarətlə bərabər internetdə olan bütün xidmətlər, virtual əməliyyatlar və virtual biznes tərəfadaşlıqları  daxildir.  E-ticarət (elektron ticarət) isə e-biznesdən fərqli olaraq yalnız satın alma, internet vasitəsi ilə məhsulların, informasiyanın və xidmətlərin   köçürülməsi daxildir. E-ticarətə biznes tərəfdaşlığı, müştərilər arası mübadilə də daxildir.

E-bizneslə E-ticarətin Fərqi

Necə ki bazar iqtisadiyyatın bir hissəsidir ancaq bütünü deyil, e-ticarətdə e-biznesin ancaq bir qoludur.

E-biznes bütün iqtisadi infrastrukturun paylaşaraq  elektron biznes-prosesləri dəstəkləyir və elektron ticarət əməliyyatları idarə edir. Kompüter avadanlıqları, proqramlama dilləri, telekommunikasiya şəbəkələri, dəstək xidmətləri və,   e-biznesin infrastrukturudur.

Elektron biznes (e-business) bir biznesin kompüter-vasitəli-şəbəkə (computer-mediated network) ilə həyata keçirilən hər hansı bir prosesdir. Buna biznes təşkilatları hər hansı kommersiya, dövlət və ya qeyri-kommersiya müəssisəsi daxildir. İstehsalat, müştəri xidməti, daxili və ya idarə mərkəzli biznes proseslər bunlara aiddir.

Elektron biznes proseslər:

• İstehsal mərkəzli proseslərə satınalma, sifariş, avtomatik səhmdar təchizatı, ödəniş emalı və təchizatçılarla vasitəsilə digər elektron keçidlər, habelə daha çox birbaşa istehsal prosesi ilə əlaqədar, istehsal nəzarəti və prosesləri daxildir.

• Müştəri mərkəzli proseslər marketinq, elektron satışı, müştərilər orden/ödənişlərin və mal və müştəri idarəetmə/dəstəyi daxildir

• Avtomatlaşdırılmış işçi xidmətləri, informasiya mübadiləsi, video konfrans kimi daxili və ya idarə bağlı proseslər daxildir.

Elektron Ticarətə (E-ticarət) mülkiyyətin, malların və xidmətin kompüter-vasitəli-şəbəkə ilə sahibkarlıq haqlarının və ya istifadə haqlarının verilmə əməliyyatlarıdır. Əməliyyatlar seçilmiş elektron biznes proseslərinin (məsələn, mal satışı) çərçivəsində baş verir və müqaviləyə əsasən mülkiyyət, malların və xidmətlərin köçürülmə prosesi sözləşməyə əməl edildiyin də başa çatır. Əməliyyatlar məvacibsiz də (məsələn, pulsuz proqram endirmə)  tamamlana bilər.

İş-zəkası (Business Intelligence)

Rəqabət Qabiliyyətin Müqayisəsi (Competitive Benchmarking) üçün şirkətlərin fəaliyyətini baxaraq daha yaxşı fəaliyyət etmə metodlarının inkişaf etdirilməsidir. Buna virtual bazar araşdırması, sorğular, və müşahidə tədqiqatları da daxildir.

Rəqabət qabiliyyətin müqayisəsi şirkət üçün vacibliyi ondadır ki hər kəs eyni işi görə bilər ancaq performanslarındakı fərq onların metodlarındadır və internet də bu kimi fərqləri öyrənməkdə əvəzsiz rol oynayır.

E-poçt-veb-sorğuları, rəqib firmanın fəaliyyətinə aid məlumat bazasının internet vasitəsilə yaradılması, süni-zəkalı filtrlərlə (əsasən demoqrafik analizlər edən) toplanan məlumat bazaları və s. fəaliyyətlər hamısı iş-zəkası bir qolu olub e-ticarətə daxildir.

Satıcı və müştəri əlaqələrini onlayn texnologiyalarla və uzun müddətli sövdələşmələrin aparılmasına və güvənin artırılmasına Müştəri Əlaqələri İdarəetməsinə (Customer Relationship Management) virtual fəaliyyəti daxildir və e-ticarət çərçivəsində baxılır.

Tədarük Zənciri  İdarəsi (Supply Chain Management)

Onlayn olaraq istehsalçıların malların hərəkəti üçün zəruri olan bütün vahid əməliyyatların son-müştərilərə qədər olan idarəsidir. Müştəri Əlaqələri İdarəetməsindən fərqli olaraq Tədarük Zənciri  İdarəsi e-ticarətə daxil deyil lakin e-biznesə aiddir.

İnformasiya Texnologiyalarının (İT) Tədarük Zənciri  İdarəsinə üç fərqli üstünlük gətirir:

  1. Xərclərin azaldılması
  2. Məhsuldarlığın artırılması
  3. Məhsul inkişaf etdirmə strategiyasının yaradılması

İT məlumatın istehsalat və əməliyyat zamanı axışın sürətləndirir və bu yuxarda bəhsi keçən yönlərlə böyük üstünlük gətirir.

Nəticə

Liberal İqtisadi Sisteminin yüz illərdir var olan İngiltərə Krallığının Ticarət və Sənaye Departamenti  (Department of Trade and Industry) e-biznesi belə tərif edir:

“…Biznesin tam fəaliyyəti informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə vahid halda birləşərək potensial bütün əməliyyatlar İKT ilə yenidən şəkillənirsə yeni biznes modelləri ortaya çıxar…. E-biznesi ancaq bütün daxili biznes fəaliyyətlərinin bütün əməliyyatları İKT’a inteqrasiya edilərsə anlamaq daha asan olar.”

Əlbəttə ki, elektron biznes və elektron ticarət informasiya texnologiyaları inkişaf edərək özlüyündə dəyişik model və prinsiplərini yaratmış və yaradacaqdır. Ancaq Azərbaycan bir çox inqilablar kimi informasiya inqilabında qaçırmaqdadır. Bu gün Azərbaycan vətəndaşı Qərbdəki kimi internetdən alış verişin və digər əməliyyatların edəməməsinin səbəbi azad bazarın olmaması, bank sisteminə inamsızlıq və təhsil sistemində ləngiyən islahatlardır. Bunu doğuran səbəbləri oliqarxlar daha yaxşı bilir.

Qeyd edim ki, “Elektron Biznes Fəaliyyətlər” məqaləsi həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

İstinad:

  1. Role of Information Technology in Supply Chain Management, Rohita  Kumar Mishra,     Sambalpur University   http://www.indianmba.com/Faculty_Column/FC461/fc461.html
  2. Measuring Electronic Business: Definitions, Underlying Concepts, and Measurement Plans , Thomas L. Mesenbourg, Assistant Director for Economic Programs Bureau of the Census  http://www.census.gov/epcd/www/ebusines.htm
  3. “E-Business Management” dərsinin mühazirələri (2010), Assist. Prof. Hande Kımıloğlu, Boğaziçi Universiteti.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: