İnqilabdan əvvəl: Burjuaziya, kəndlilər və işçilər

Günümüzdə bir çox avtoritar rejimlər də görünən ortaq cəhət onların çox zəngin dövlət olması ilə bərabər dövlətin sərvətlərinin qeyri bərabər paylanılmasıdır. İnqilabdan (1789-99) əvvəl Fransa Monarxiyası Avropada qızıl və gümüş dövriyyəsinə görə birinci idi. Lakin bu zənginlik monarxiyanın sonu oldu.

Prise de la Bastille rəssam Jean Pierre Houël

Əhalinin 97-% təşkil edən üçüncü sinif zənginlikdən heç bir pay almırdı. Üçüncü sinfi ticarət yolu ilə zənginləşən burjuaziya, kəndlilər və heç bir şeyi olmayan yoxsul xalq təşkil edirdi. Ancaq dövrün Marat kimi  bəzi filosofları burjuaziyanı başqa sinif olaraq görürdülər.

Burjuaziya qabığını qırması ya da ölməsi lazım olan nöqtəyə çatmışdı.

Xaçlı səfərləriylə birlikdə şərq ticarət yollarının açılması nəticəsində torpaqdan əldə edilən sərvətin yanında ticarətdən əldə edilən sərvətlə yeni bir sinif yaranmışdı. Bu yeni sinif mənsubları qəsəbələrdə, şəhərlərdə yaşadıqları üçün “şəhər soylusu” mənasını verən “burjua” adlanırdı.

Aristokratlar burjuaziyanın dövlət işlərində, kilsədə, orduda və məhkəmədə yüksək vəzifələrə gəlməsini istəmirdi, ancaq nisbətən kiçik vəzifələri burjuaziya pul ilə ala bilirdi.

Burjuaziya liberal filosofların kitablarını oxuyur və üzv olduqları klublarda (Masonlar lojası bunlardan biri idi) fikir mübadiləsi edirdi. Ancaq burjuaziya inkişaf etdirmək istədiyi elmi işlərdə kilsənin və aristokratların maneələri ilə üzləşirdi.

Hubermanın ifadəsi ilə burjua “kiçik cücə kimi idi, böyümüş qabığını qırması yada ölməsi lazım olan nöqtəyə çatmışdı”.

Burjuaziyanın bir seqmenti yayım evi sahibləri, zərgərlər, geyəcək və yemək mağazası sahibləri, arşınmalçılar, dəmirçi, dülgər və s. kimi müxtəlif iş adamları və kiçik əsnafdan ibarət idi. Bu seqmentin əsas problemi ağır vergilər və məhkəmələrdən çıxan ədalətsiz qərarlar idi.

Orta sinif burjuaziya isə həkimlər, vəkillər, natariuslar və yazıçı kimi sərbəst peşə sahibləri vardı. İnqilabda olduqca təsirli olan burjuaziyanın bu segmenti ölkənin yeni fikirlərə açıq aydın kəslərdən meydana gəlməkdə idi. Ancaq yuxarıda qeyd etdiyim kimi bu kimi yeni fikirlərin yayılmasını kilsə və aristokratların maneəsi ilə üzləşirdi və radikallıq, dinsizlik sayılırdı.

Böyük burjuaziya sənayeçilər, ölkənin xarici alış satışını əllərində tutan tacirlər, gəmi sahibi, bankirlər və xüsusilə ölkənin qərbində əhəmiyyətli şəhərlərdəki geniş torpaq sahibləri idi. Onlar artıq idarədə də yer almaq, haqsız yerə qazanc əldə edən siniflərin (aritokratlar və kilsə) haqlarını azaltmaq istəyirdilər.

Branava vəziyyəti belə açıqlıq gətirirdi: “Sənayə və ticarət xalqın arasında yayılmağa başlayıb, işləyən insanlar yeni bir zənginlik qaynağı təmin etdiyi zaman, siyasi sahədə inqilab hazırlanır deməkdir”.

Kəndli və işçilərin itirəcək heç bir şeyi qalmamışdı

Bir milyon ətrafında torpağa bağlı olan kəndlilər başqa bir hissəsi ortaq, bir hissəsi icarəçi və bir hissəsi də kiçik torpaq sahibi idi.

Kəndlinin öhdəlikləri üç yerə ayrılırdı: krala qarşı öhdəliklər, din adamlarına qarşı öhdəliklər və soylulara qarşı öhdəliklər.

Kəndlilər ovlanma haqqına sahib olmadıqları kimi məhsulunu yox etməməsi  üçün kəklik, dovşan və göyərçin kimi heyvanları qarşısını öldürərək almasıda qadağan idi. Həmçinin torpaqlarının çitlə çevrilməsi soyluların ovlanmasına maneə törətdiyi üçün qadağan edilmişdi. Halbuki soylular ov hüququna əsasən əkili tarlaya ovun ardınca girmə və əkinləri əzmə haqqına sahib idi.

Kənlinin “duz vergisi” də ödəmək məcburiyyətində idi. Çünki  duzun alınıb-satılması dövlətin təkəlində idi. Duz nəzarətçiləri duz qaçaqmalçılığının qarşısını almaq üçün davamlı basqın edirdilər. Kəndliyə satılan duz qumlu olduğundan basqın nəticəsində tapılan duzun keyfiyyətli olması onun qaçaq olduğunun dəlili qəbul edilməkdə idi.

Vergilərin ağırlığı altında əzilən kəndli, ödəyə bilməz hala gəldiyində həcz edilirdi və ev əşyası da qalmadığın da geriyə qalan heyvanları da həcz edilməklə kəndli səfil olurdu. Bu kimi həczlər nəticəsində heyvandarlıqda yox olmaqda idi.

Michelle deyirdi ki “Torpaq yaradıcı qüvvələri təzələyəməz oldu, ac qaldı, tükəndi, heyvan necə bitdisə, torpaqda da sanki bitir … Həddindən çox yorulan heyvan necə getmək istəməz, yatıb ölmək istəyirsə torpaq da gözləyir, artıq bir şey vermirdi”.

Kəndlinin içində olduğu bu səfalət o yerə gəlib çatmışdı ki, mütləq monarxiyanın qalasına və sarayına hücum edəcək qədər cəsarətlənmişdilər. Çünki  itirəcək heç bir şeyi yox idi: bir parça çörək əldə etmənin, qarnını doyurmaq mübarizəsini verməkdə idi. Yoxsa kəndlinin problemi burjuaziya kimi hakimiyyəti ələ keçirmək deyildi.

Kəndli daha çox ərazidə işləmək və krala , kilsəyə və aristokratlara qarşı olan öhdəliklərdən azad olmaq  istəyirdi. Onlar bərabər hüquqlu vergi sistemi, monarxiya sistemin və səbəb olduğu bütün sui-istifadələrlə birlikdə ləğv edilməsin və kilsəyə olan verginin kasıbların təhsilində istifadə olunmasın tələb edirdilər.

İşçilər həyat bahalılığı qarşısında əzilməkdəydilər. Fransada bir işçinin gündə etdiyi ödəniş 2 frank qədər idi və bununla o dövrdə 5 kilo çörək ala bilməkdəydi. 1775-1789 illəri arasında qiymətlər% 62 artarkən, eyni dövrdə işçi ödənişləri% 17 artmışdı.

Həyat şəraitində bu cür geriləmə, fiziokrat Turgotun 1766-cı ildə ilk dəfə “minimum ödəniş” anlayışını ortaya atmasına səbəb olmuşdur.

Heç bir ictimai haqqın olmadığı o dövrdə, işçilərin iş şəraiti də olduqca ağır idi: məsələn iş saatları 14 ilə 16 saat arasında dəyişirdi.

Avtoritar rejimlər

Bu gün avtoritar rejimlərdə olan bütün siniflər məhz tarixin bir çox səhifəsində olan yuxardakı kimi problemlərlə üzləşirlər ancaq aradakı fərq kəndli sinfinin işçi sinfini əvəzləməsi və texnologiyanın inkişaf etməsidir.

Modern çağın gətirdiyi üstünlüklər və mənfi cəhətləri var: qloballaşma və insan haqlarının günümüzdəki yeri artıq mütləq monarxiyaya bənzəyən despot sistemlərə göz yummur. Ancaq kapitalizmin gətirdiyi mənfəət üzərinə qurulan bazar iqtisadiyyatı bu sistemlərin bir az ömrünü uzadır.

İnkişaf etmiş ölkələrin maraqları azaldıqda isə tarixin səhifələrindən bir neçə gündə silinirlər, Misirdə, İraqda və Liviyada olduğu kimi.

Toğrul İsaoğlu (Boğaziçi Universiteti)

Davamı:

İnqilabdan əvvəl:  Mütləq Monarxiya

İnqilabdan əvvəl: Ruhanilər və Aristokratlar

Qeyd edim ki, “İnqilabdan əvvəl: Burjuaziya, kəndlilər və işçilər” məqaləsi həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

İstinad:

M. Emin Ruhi, “Fransız Devriminden bir baş rol oyunçusu Sieyes”, Liberte yayımlar (2002)

Leo Gershoy, “The French Revolution and Napoleon ”, New York university press (1961)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: