Qanun Oğrusu

Azərbaycan dilində digər dillərdən bir çox sözün qarşılığının tam mənası olmadığı kimi ruslardakı “vor zakon” sözünündə tam qarşılığı yoxdur. Lotu, qoçu və ya digər sözlər daha çox başqa mənada işlənməsi təzəliklə bu sözü ruslardan hərfi tərcümə edərək “qanun oğrusu” olaraq istifadə olunur.

Ədalət və İlahi intiqam Cinayəti güdür (1808), rəssam Pierre-Paul Prud'hon

Amma bu söz  sistemin çıxartdığı və insanların həyatlarından bezdirən qanunları icra edən məmurlarına daha çox yaraşır ona görə ki, onlar qanunlar vasitəsi ilə xalqı rüşvətə vadar edirlər və xalqın zəhmətlə qazandığı pulları mənimsəyirlər.

Milli Məclisimiz

Qanunverici orqan bildiyimiz kimi Milli Məclisimizdir ki orda olan bir çox deputatın necə seçilərək gəldiyi və kimlər tərəfindən seçildiyidə məlumdur. Əgər sistemin müdafiəçiləri bunu təkzib etsələr və iddia etsələrki Avropa və “qardaş” Türkiyədə seçkiləri tanıyıb onda sual çıxacaq seçkilərdə neçə faiz seçici iştirak edib?

Əhalinin 49.56 %-nın seçdiyi məclis ilə “qardaş”  Türkiyədə 2011 parlament seçkilərində seçicilərin 85%-i iştirak etdiyi məclisi (bu rəqəm çox maraqlıdır ki Avropada 70%-dır)  müqayisə etsək maraqlı faktlar ortaya çıxır.

Türkiyədə seçki iştirakı artıran sayım-zamanı olan pozuntularının olmamasından çox dövlətin seçicilərin içtirakını təşvik edəcək qanun və nizamlamaların olmasıdır.

Məsələn seçici Türkiyədə seçkilərdə iştirak etməsə 20 TL cəza verəcək bu təqribən  10 manat edir. Xatırladım ki, Azərbaycan təqaüdçünün aldığı pulun onda biri və ailədə 4 seçici üçün 40 manatdır.

Düşünək ki, Yasamal 2ci seçki dairəsində ki kimi 40 min seçici olsa və bunların 85%-i seçkilərdə iştirak edib öz iradələrini göstərirlər onda nə seçkilərə qıraqdan əlavə hazırlanmış səslər atmaq olar nədə “karusel” macərası yaşayarıq.

Belə ki, 6 min (15%) səsi bir çox dairədə saxtalaşdırmaq çətindir və olsada 100% iştirak olacaq ki buda seçkidə iştirak etməyibdə evinə cəza çeki gəlmədiyi zaman ortaya çıxacaq.

Əgər yuxardakı qanun icra olunsa seçkidə iştirak etməyib və evinə cəza çeki gəlməsə vətəndaş ən azından biləcək ki onun yerinə başqası səs veribmi?! Yada məmurlar şirniklənib        “qazpulu” və “supulu” kimi  hər kəsə çeki göndərsə onda da vətəndaş iştirak etdiyini əsaslandıra biləcək faktları göstərsə bu öz başınalığı sübut etmək asan olacaq.

Qanunların İcrası

Bizdə əksərən qanunlar fərman kimi AzTV xəbərlərdə elan edilir amma spiker qanunda yazan maddələrdən savayı qanunların necə icra olunacaq hansı yöndən çətinliklər gətirəcək nə kimi faydaları olacağını demir.

Onsuzda qanunu elan etməmişdən əvvəl zati ailələri, həzrəti nə bilim İngiltərə krallığındakı kimi bütün titullar sayıldıqdan sonra “Prezident fərman imzalamışdır” deyir. Yəni demək istəyir ki ay “avam xalq” qəbul etsəniz də etməsəniz də  qanun budur ağa belə buyurur.

Əlbətdəki, sistemin mühafizləri deyəcəklərki bu qanunları milli məclis təsdiqləyir ancaq milli məclisə seçilənlərin necə seçildiyi videolarla hamıya məlumdur özünüzü aldatmayın.

Yenə mədəniyyət və cəmiyyət olaraq qardaş olan Türkiyədə vəziyyət çox ürək açan olmasada bizdən qat-qat daha demokratikdir. Əvvəla qanunları “cumhurbaşkanı” yox hökümət hazırlayır və məclisə səsə qoyur qəbul edilən qanun prezident və anayasa məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunur.

Hökümət məclisə qanunu gətirmədən əvvəl televizorda qanunla əlaqədar yetərincə olmasada debatlar keçirilir ictimaiyyətin rəyi öyrənilir. Bunu hökümət etmək məcburiyyətindədir ki  vətəndaşlar zərər çəkməsinlər çünki bir sonrakı seçkilərdə hökümət cəzalandırıla bilər.

Buna çox gözəl örnək ana dilində təhsillə əlaqədər çıxardılmaq istənən qanun ictimaiyyətin hazır olmadığını anladıqdan sonra “askıya” alınması idi.

Seçkilər höküməti vadar etməlidir ki, vətəndaşlar qanunların altında əzilməsin çünki vətəndaşın əlində seçmə kimi bir hesablaşma vasitəsi var və hər dört ildə bir hesablaşmaq gərəkir.

Bizim vətəndaşlar isə qanunlarla əksərən dövlət dairələrində tanış olurlar amma məmurların qanunları istədiyi kimi şərhi ilə. Bərkində tutanda deyirlər ki “Get kimə istəyirsən şikayət et qanun belədir”.

Vətəndaşın əlindən seçmə seçilmə haqqı alındığı üçün hökümətlə hesablaşa bilmir və hökümətdə on illərlə hakimiyyətdə qalaraq xalqın başına hakim kəsilir və hakimlərdə bu çıxarılan qanunların hökmünü verir.

Qanunlar ancaq öz istəyinlə çıxarıldığında səni azad edir amma dayatma ilə olan qanunlar səni ancaq qul və hakimiyyətidə əfəndi edir. Cəmiyyətlə gərək idarə edənlər arasında saziş olsun idarə edənlərin güclərinin limitləri açıq şəkildə göstərilsin və həmçinin güclər ayrımı olmalıdır.

Dövləti idarə etmə gücü anayasa məhkəməsi, məclis və hakimiyyət tərəfindən sərhədləri kəskin olmaq şəkildə çəkilməlidir həmçinin prezidentin bir çox öhdəlikləri bir çox demokratiklərdəki kimi hökümətə verilməlidir.

Qanunlar çıxardıb xalqı rüşvətə vadar edərək sonra sədəqə verir kimi sosial yardıma minnətlə möhtac qoyub əzməmək lazımdır çünki əzilmiş xalqın heç bir əlac tapmayanda tək çıxış yolu “böyük dəyişim” olacaqdır.

Qeyd edim ki, “Qanun Oğrusu” məqaləsi həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: