İnqilabdan əvvəl: Ruhanilər və Aristokratlar

Günümüzdə bir çox yaxın şərq və orta Asiyadakı avtoritar dövlətlər din adamları və avtoritara sadiq olan ailələr vasitəsi ilə xalqların səsini susdura bilirlər.

Üçüncü sinif ruhaniləri və aristokratları belində daşıyır, 1790

Bu on səkkizinci əsirdən qalma ənənənin Fransa inqilabından əvvəlki vəziyyətini analiz etməmiz, bu çürük sistemin hər dövrdə dəyişməyən biabırçı icraları və gətirdiyi fəlakətlərini xatırladır.

Avtoritar rejimin atası sayılan mütləq monarxiya on səkkizinci əsirdə  soylu ailələr və dini xadimlər vasitəsi ilə idarə olunurdu.

Kralın taxta çıxması Reims Katedralında edilən mərasimlə reallaşmaqda idi. Baspikopos Kralın başına tacını qoyarkən “Tanrının sənə idarə edəsən deyə bağışladığı bu krallığa səni kral təyin edirəm, müqəddəs ol”. deməklə onun padşahlığını və müqəddəsliyini elan edirdi, Saboul.

Kral səlahiyyətini Tanrıdan və onun yer üzündəki təmsilçisi Papadan aldığı üçündür ki krallıq rejimində din adamlarının böyük gücü vardı.

Doqquzuncu əsrdən etibarən torpaq sahibləri Senyor yəni “soylu” deyilməyə başlamışdır. Soylular din xadimləri ilə birlikdə Fransanın kralınıda seçməyə başlayaraq və beləcə ölkənin rəhbərliyinə birbaşa əl qoydular.

Ruhanilər

1682-ci ildə Fransa Ruhanilər Bəyannaməsində Gallican Kilsəsi (Fransız Katolik Kilsəsi) daxili məsəllərində dini qanunları nizamlaya biləcəkdi lakin bu bəyannamə həmdə Fransa kralına kilsə idarəsini təyin etmə səlahiyyəti verirdi. Fransız kilsəsi Vatikanla olan bağı zəifləməsiylə bərabər Fransız kralına bağlılığı artdı və Ruhanilər ən üst sinif sayıldılar.

Din adamları krala verdikləri bu dəstək qarşılığında heç şübhəsiz bir çox ayrıcalıq əldə etdilər. Kilsə şəhərlərdəki bir çox

daşınmaz mülkiyyətə sahibdi və torpaqların əhəmiyyətli qismində 25% əlində  tuturdu. Əlavə olaraq da kilisə titse (tithes: onda bir) vergisin yerli nümayəndələr vasitəsi ilə xalqdan alırdı.

Ictimai rifah və xeyriyyə kilsənin əlində idi hətta təhsil sadə kilise məktəbi və ya universitet fərdi ecclesiastics və ya dini icma tərəfindən idarə edilirdi.

Dini icma bəzən kitablarda və mətbuatda senzura olunmasını diskussiya edirdi və əsasən protestantlara qarşı ölçü alınmasına çalışırdı.

Din adamları sinifi da öz içində “yüksək din adamları” və “aşağı din adamları” olaraq ikiyə ayrılmaqdadırlar.

Çox zəngin olan və çox dəfə dini həyatdan çox dünyasal bir həyatın nemətlərindən faydalanan və beş mini keçməyən kardinallar, ədədləri əlli min qədər olan və pərişan vəziyyətdə yaşayan keşişlər və keşiş köməkçiləri ilə altmış beş minə çatan Monastır sakinləri isə aşağı din adamlar seqmentin təşkil edirdilər.

Voltere görə kilsə müxalifləri qəddarcasına cəzalandırmaya yönləndirirdi və tərəqqinin və aydınlanmanın birinci düşməni idi. Bunun səbəbi katolizm rasional doktrinlərlə mübarizə aparması və elmin ən böyük təhdid hesab edilməsi idi çünki soylular belə bir çox filosofdan təsirlənərək dindarların imtiyazlarını müzakirə edirdilər.

Soylular (Aristokratlar)

Doğularaq, hərbi xidmətdə olaraq, zadəganlıq patentin alaraq və ya ictimai idarəyə sahib olaraq soylu ünvanını alınırdı və soylular siniflinin ləyaqətinə xələl gətirəcək işlər gördüyündə ünvanları geri alınırdı.

Soyluların günümüzdəki məmurlar kimi kilsədə, orduda, hüquq və idarə sistemlərdə işlədikləri üçün ticarətlə məşğul ola bilməzdilər və öz torpaqlarında işləmələri qadağandı.

Aleksis Tokvil (Alexis Tocqueville) deyirdi ki, “Ortaçda soylular, aşağı yuxarı günümüzdəki hökumət kimi idilər. Sağladıqları təhlükəsizlik qarşılıq, xalq yüklədikləri yükə dözürdü”.

Michelet məsələ ilə əlaqədar olaraq belə deyir: “Bir yandan milyonlarca insanı dilənçi halına gətirir, bir tərəfdən sədəqə verirlər. Xəstəxanalar tikdirir sonra da bunları doldururlar”.

Sayları dörd minə qədər olan saray soylular, padşahın bol-bol ehsan etdiyi maaşlarla və monastır gelirleriyle lüks və ehtişam içində Versailles sarayında yaşayırdılar.

Saray soyluları kralın soyundan idilər və onlar kral məhkəməsində işləyə bilərdilər. Xidmətlərində ki qulluqçular, lüks geyimləri, qumar zövqləri, ehtişamlı qəbul mərasimləri, ziyafətlər, ov əyləncələri həmişə bol xərcləmə tələb edirdi.

Əyalətlərdən köhnə qalalarda səfalət içində yaşayan əyalət soylular vardı. Başlıca gəlirləri kəndlilərdən aldıqları daşınmaz vergiləri və dərəbəylik haqqlarından toplanan pullardı.

Urban soylularının böyük qismi “bəzi vəzifələri yerinə yetirdikdən sonra” (25 il hərbi vəzifə və ya yüksək dövlət məmurluğu) soylulaşmış şəxslər olduğu üçün, digər bütün soylular tərəfindən xor gözlə baxılırdı və soylu olaraq qəbul edilmirdilər.

Siniflərin daxili çəkişməsi öz həmrəylini məhv etdi və aydınlanmış ictimai rəy bu imtiyazlı orqanının israfçı və parazit mövcudluğunu pisləyirdi.

Kəndli bütün monarxiya sisteminin legitimliyini inkar edirdi və burjuaziyanın sözçüsü olan filosoflar sosial ayrı seçiciliyi pisləyirdilər.

Nəticə

Bu gün avtoritar rejimlər yuxarda olan bir çox əməlləri yenə təkrarlayırlar ancaq bunların adı dəyişmişdir. Artıq soylu ailələrin sadiqliyi şevalyelər kimi orduda xidmət edərək deyil avtoritara xidmət edərək və ya rejimi qoruması ilə ölçülür. Heç bir hüquqi dayanaqları olmadan xalqın sərvətlərini mənafeyinə istifadə edirlər.

Kral XV Ludovik (XV Louis) tarixi əmrnaməsindəki kimi qanun çıxartmanı heç kimsə ilə bölüşməyərək xalqın iradəsini yansıtmırlar. Dini icmaları istifadə edərək öz mövqelərini qorumaq üçün fitvalar verdirir və ya haqlarını tələb edənləri dinsizlik, radikallıqla günahlandırırlar.

Ancaq avtoritar rejimlərinin sonları Fransız inqilabındakı kimi gözlənilmədən, Misirdə Tunisdə olduğu kimi xalqın səbrinin tükənməsi ilə olmaqdadır və olacaqdır.

Davamı:

İnqilabdan əvvəl:  Mütləq Monarxiya

İnqilabdan əvvəl: Burjuaziya, kəndlilər və işçilər

Qeyd edim ki, “İnqilabdan əvvəl: Ruhanilər və Aristokratlar” məqaləsi həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

İstinad:

M. Emin Ruhi, “Fransız Devriminden bir baş rol oyunçusu Sieyes”, Liberte yayımlar (2002)

Leo Gershoy, “The French Revolution and Napoleon ”, New York university press (1961)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: