İnqilabdan əvvəl 18-ci əsrdə Fransada güclü mərkəzə bağlı mütləq monarxiya vardı və günümüzdə də bir çox diktaturanın olduğu rejimlər hələ də o dövrdən qalma ənənəni davam etdirir ona görə də, bir daha yaddaşlarımızı təzələmək gərəkir.
Burbon (Bourbon dynasty) sülaləsindən olan XV Ludovik (XV Louis) tarixi əmrnaməsində:
“Tacımızı tanrıdan almışıq, qanun çıxartma haqqımızı heç kimsə ilə bölüşmərik və bu haqq kimsəyə bağlı olmadan bizə aiddir” şəklindəki ifadəsi o dövrün suverenlik anlayışını açıq şəkildə göstərir.
Kral istədiyi şəkildə məhkəmə qərarlarına müdaxilə edə bilir və gərəkdiyində məhkəmə qərarları ilə ona olan təhdidləri ortadan qaldıra bilirdi.
Fransada olan bütün məmurlar kimi hakimlik də pul ilə alınıb, satılırdı, həmçinin böyük məbləğlərlə uşaqlara miras buraxıla bilərdi.
Kralın səlahiyyətlərini icra etməkdə ona köməkçi olan Ümumi Məclis (Etats-Generaux) din adamları, aristokratlar və üçüncü sinifdən olan təmsilçilərdən ibarət idi.
Rədd edilən əmrləri də kral ehtişamlı mərasimlə parlamentdə iştirakı ilə zorlada olsa qəbul etdirilirdi və bunlar adətən vergi islahatları idi.
Monarxiyanın icra qərarlarını əmrnamələr, və fərmanlar vasitəsi ilə işləməkdəydi və eyni zamanda kralın seçdiyi köməkçiləri (nazirlər) vasitəsi ilə icra olunurdu.
İnqilabdan əvvəl beş nazir bir, ticarət, sənaye və bir sıra öhdəliyi olan maliyə müşaviri vardı amma baş nazir vəzifəsi yox idi.
Fransada iqtidar kral, din adamları və aristokratların ittifaqından ibarət idi. Özü də soylu olan Monteskyöya (Montesquieu) görə kralın olması üçün soylu ailələrin, soylu ailələrin olması üçün kralın olması gərəkirdi.
Emanuel Cozef Sieyes (Emanuel Joseph Sieyes) vəziyyəti “Üçüncü sinif” əsərində belə ifadə edirdi: “Saray nədir? Fransanın hər tərəfinə əli uzanan və ictimai dövlət işlərində öz nüfuzunu keçirən bir neçə soylu ailədən başqa nə ola bilər?”.
Soylular nə ticarət nə də başqa işdə soylu olduqları üçün işləyə bilməzdilər, bu səbəbdən lüks həyatlarının xərclərini qarşılamaq üçün zəhmətkeş xalqın gəlirinin bir qismini fərqli bəhanələrlə alırdılar.
Sieyes deyirdi ki, “Ağac haqqında meyvəsinə baxaraq hökm verilir”. Monarxiya ağac idi və onun meyvələri; ayrıcalıqlı siniflər, bərabərsizlik və ədalətsizlikdir. Monarxiyanın meyvələrinin bu kimi zəhərli olduğundan o ağacın kəsilməsi gərəkməkdədir.
Davamı:
İnqilabdan əvvəl: Ruhanilər və Aristokratlar
İnqilabdan əvvəl: Burjuaziya, kəndlilər və işçilər
Qeyd edim ki, “İnqilabdan əvvəl: Mütləq Monarxiya” məqaləsi həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.
İstinad:
M. Emin Ruhi, “Fransız Devriminden bir baş rol oyunçusu Sieyes”, Liberte yayımlar (2002)
Leo Gershoy, “The French Revolution and Napoleon ”, New York university press (1961)
Bir cavab yazın