Xalqın Dostu Jan Pol Marat

Jan Pol Marat (Jean Paul Marat) 24 may 1743-cü ildə İsveçrənin Boundri qəsəbəsində anadan olmuşdur. Onu tarixdə daha çox Fransız İnqilabında Montagnard fraksiyasının lideri olaraq tanıyırıq halbuki o terapevt və jurnalist idi. 1780-də “Cinayət Qanunvericilik Planı” (Plan de législation criminelle ) əsərində o, köhnə rejimlərə (Fransız İnqilabından əvvəlki rejim) qarşı çıxaraq Jan-Jak Russo və Monteskyö kimi qərarlı olduğunu göstərirdi.

Marat Fansız İnqilabının başlarında “Vətənimə Olan Təkliflərim” (Offrande à la patrie ) broşurasındə monarxiyanın Fransada olan problemləri həll edə biləcəyinə inandığını deyirdi. Bir neçə ay sonra  broşürə əlavə nəşr edərək, kralın başlıca olaraq özünün maliyyə ilə bağlı problemlərini düşündüyünü və xalqının ehtiyaclarını yaddan çıxardığını qeyd edirdi. Həmçinin, Britaniyada olan dövlət sisteminin Fransaya model göstərənləri də tənqid edirdi.

Marat “Xalqın dostu” (L’Ami du Peuple ) qəzeti vasitəsi ilə demokratik və radikal ölçülərin alınmasını dəstəkləyən nüfuzlu şəxsiyyətə çevrildi. Xüsusilə, 1789-un oktyabr da xalq kütlələrinin kralın ailəsini Versaliya sarayından Parisə zorla gətirtməsində əsas rol oynamışdı. O, Fransız inqilabına qarşı olan əsilzadələrə qabaqlayıcı tədbir alınması istəyirdi.

Jan Paul Marat 1790-ci illərin başlarında İngiltərədə  üç aylıq mühacirət həyatı yaşamışdır çünki, o yazısında Fransa kralının maliyyə müşavirini hədələyərək hədəf göstərirdi. Artıq onun şöhrəti onu kifayət qədər  qoruyurdu və artıq öz fikirlərini açıq yazmağa davam edə bilərdi.

Fransanın xaricində mühacirətdə olan əsilzadələrin Avropa monarxlarının köməyi ilə  Fransız İnqilabını qarşısını almaq  istədiklərini  və XVI Ludovik  (XVI Louis)  tam gücünün bərpa etmək istədiklərini iddia edirdi.

1790-cı ildə Marat qəzetində belə yazırdı: “Kəsilmiş 500-600 baş xalqın azadlığı, xoşbəxtliyi və güvənliyinin olmasına zəmanət olardı. Saxta insanlıq sizə silahlarından keçirib zərbə vuracaq və nəhayətində milyonlarla qardaşımızın həyatlarını itirməsinə gətirib çıxardacaqdır”. Fransa Milli Məclisi onun bu yanaşmasına bir aylıq həbs cəzası vermişdir, amma o qaçıb gizlənərək kampaniyasına davam edirdi.

Kralın Fransadan qaçmaq cəhdlərindən sonra Jan Pol Marat monarxiyanın tərk edilməsini gərəkdiyini düşünməyə başladı. O, deyirdi ki, kral taxta yenidən quraşdırmaq üçün ləyaqətsiz həmçinin, zorakılıqla kralı taxtan endirməkdən imtina edən Fransa Milli Məclisini pisləyirdi.

Sentyabr 1792-ci ilin Milli Konvensiyanın bir nümayəndəsi kimi, Marat peşə təliminin maliyyələşməsi, qısa-müddətli hərbi xidmət və gəlir vergisiylə əlaqədar islahatlar aparılmasın istəyirdi. Əksinqilabçıları edamla cəzalandırmağı dəstəkləyirdi və əksinqilabçılıqla şübhələnilənlərə qarşı olan kütləvi qırğınların bu fikirlə birbaşa əlaqəsi olduğunu qəbul etmirdi.

Paris xalqın və palatasının dəstəyini alaraq Milli Konvensiyada görkəmli üzvə çevrildi. Jirondinlərə (Girondin) qarşı olan ixtilaf onu Montaqnardın simvoluna çevirdi, lakin Montaqlar idarəsi onu təsir edəcək hər hansı vəzifə verməmişdi. Jirondinlər inqilab məhkəməsi olmadan onu hadisələrlə ittiham edirdi. Maratın ona qarşı olan ittihamlardan bəraət etməsi onu karyerasında zirvəyə çıxardı və Jirondinlərin zəifləməsinə səbəb oldu.

1793-cü il 23 iyulda Marat dəri xəstəliyinə görə vanna qəbul edərkən gənc Jirondin tərəfdarı olan Şarlot Korda (Charlot Corday) tərəfindən sui-qəsdə qurban oldu.  Maratın dramatik qətli onu xalqın gözündə şəhid zirvəsinə yüksəltdi.

Qeyd edim ki, “Xalqın Dostu Jan Pol Marat” məqaləsi həm-təsisçisi olduğum www.cemiyyet.com elektron jurnalında da yayımlanıb.

Istinad:

Mr. Clifford D. Conner,  “Jean Paul Marat: Scientist and revolutionary”, Humanity Books press (1999)

Ian Germani, “Jean-Paul Marat: Hero and anti-hero of the French Revolution”, E. Mellen Press (1992)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: