Məyusluq

Bir çox vaxt insan məyus olduğunu deyir bu kimi hallara məndə sıx rastlaşmışam və bu məndə həmişə dərin izlər buraxmışdır. İnsanlara qarşı olan məyusluq bizim cəmiyyətimizdə çox rast gəlinən haldır ki bugün çoxlarının niyə başqalarına inamının az olduğunu göstərir. Birliyin Azərbaycanda niyə olmamasının insanlara qarşı olan məyusluq hallarının çox olmasıyla izah etmək olar. Bu kimi hallar ya gözləntinin çox olmasından ya da vədin yüksək olmasından yaranır və hər iki halda da insanlar arasında əlaqə zəifləyir. Örnək olaraq, Əhməd Məmmədə bir  layihədə onunla əməkdaşlıq edəcəyini və gərəkirsə hər cür fədəkarlığı edəcəyinə söz verir. Məmməddə buna güvənərək o layihədə bütün öhdəliyi üzərinə alır və bir çoxlarına Əhmədin onlara köməyi ilə layihəni müvəffəqiyyətlə həyata keçirəcəyinə inandırır. Birgün çatır Məmməd Əhməddən gözlədiyi köməyi istəyir ama Əhməd sudan səbəblərlə kömək edəməyəcəyini deyir. Nəticədə, layihə müvəffəqiyyətsizliklə sonlanır və Məmmədlə bərabər layihəyə iştirakçıları məyus olurlar. Burda məyusluq zincirvari olur, Əhməd Məmmədi və Məmməd də digərlərini məyus edir. Bu hadisə Məmməd daxil bütün layihə iştirakçılarının bu kimi layihədə bir daha iştirak etmə ehtimalını azaldır. Özünə və hadisələrə qarşı olan məyusluq varki, bu məyus olanın ya ehtiyatsızığı və ya səhv hesablaması nəticəsində olur.

Bu mövzuda yazmağımın əsas səbəbi qarşıda gələn “11 Mart Böyük Xalq Günü”dür, çünki insanları gözləntilərini nə yüksək tutmaq nə də edəməyəcəyimiz məhsuliyyətləri üzərimizə alınmaq heç kimsənin xeyrinə olmaz əksinə bir çoxlarını məyus edər. Buda biz liberal Azərbaycan gəncliyinin istəyəcəyi ən son şeydir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: