Misirdə İnqilab olur

Misir prezident Hüsnü Mübarək 1987, 1993, 1999 və 2005 ci illərdə prezident seçkilərinin nəticəsinə görə  Misir Respublikasının tarixində ən uzun ömürlü prezident ünvanına sahibdir çünki prezidentin seçki müddətində Misir konstitusiyasında  heç bir məhdudiyyət yoxdur. Misirdə vətəndaşlar isə otuz illik Hüsni Mübarək rejimindən beziblər və Tunisdə olan inqilabdan cəsarətlənərək heç bir xarici qüvvənin dəstəyini almadan kökdən dövlət sisteminin dəyişdirmək istəyirlər.Tunisdəki inqilabının qığılcımı kimi Misirdə də bir vətəndaş özünü yandırdığında bunun effektiv olacağı şübhə vericiydi ona görəki Misirdəki hakimiyyət ABŞ və qərbin böyük dəstəyini alırdı. Olacaq dəyişim aftoritar rejimdə yaşayan bir çox xalqlara ilham qaynağı olacaq artıq  belə xalqlar heç bir super güclərin dəstəyi olmadan da öz talelərinə yön verə biləcəklərini anlayacaqlar. Unutmayaq ki Osmanlı dövründə belə Misirdəki hadisələr ərəb dünyasının həmişə nəzər nöqtəsində olub və hal-hazırdaki vəziyyətin aftaritar ərəb ölkələrində təzahürünə çox yaxında şahid olacağıq.

Azərbaycandan Baxış

Təəsüfki, Misirdə olanlar Azərbaycanda bir çoxları üçün son illərdə Yunanıstanda və Fransada olan nümayişlərdən fərqsiz deyil. Lakin, Faransada və Yunanıstada vətəndaşlar hökümətin siyasətlərinə qarşı idilər çıxan qanunlara qarşı öz rəylərini bildirirdilər ama Misirdə isə insanlar dövlətdən narazıdırlar və köklü islahatlar istəyirlər.

Sosial Şəbəkələr

Baxmayaraq ki, Misirdə internet istifadəçilərinin 20 faiz təşkil edir vətəndaşlar sosial şəbəkələr vasitəsi ilə şəbəkələşiblər xüsusən də gənclər. Buda sosial şəbəkələrə (Facebook, Twitter və s) diqqəti artırıb və hakimiyyət xalqa edilən  senzoranın  bu kimi vəsitələrlə əvəzlənə biləcəyi görüb. Buna görədə hal-hazırda Misirdə internet  dövlət tərəfindən kəsilib, buna baxmayaraq  vətəndaşlar başqa vasitələrlə interneti bərpa edirlər və hətta teleqraf kimi primitiv alətlərdən şəbəkələşmək üçün istifadə edirlər. İddialara görə internetin yenidən bərpasında Google kimi böyük şirkətlərdə ilk dəfə köməklik edib. Bunlar onu göstərir ki təzyiqlər nə qədər artarsa insanlar öz düşüncələrini ifadə edə bilmək üçün bir o qədər fərqli yollara əl atacaqlar.

Anarxiya Təhdidi

Hüsnü Mübarək ilk başda etirazçıları polis və orduyla susdurmaq istəsədə 150 nəfərin ölməsi , minlərcə insanın yaralanmasına baxmayaraq etirazçılar geri addım atmadılar. Sonra Mübarəkin yeni hökümət qurdurması isə milyonlarca insanın Qəhirəyə axınını azaltmadı əksinə artırdı. Dünən sentyabrdakı seçkilərə qədər qalacağını deyən Mübarək bir daha seçkilərdə iştirak etməyəcəyini də deyir ama xalq onun istafasın tezliklə istəyir. Hüsnü Mübarək xalqın çağrışına uzun müddət dirənsə Misir inqilabı fələkətə çevrilə bilər. Çünki Misirdə halhazırda iqtisadiyyat və bütün qurumların fəaliyyəti tamamiylə donmuş vəziyyətdədir və belə vəziyyət bir az daha davam edersə anarxiya qaçınılmaz son olacaq.

İnqilabdan Sonra

Misirdəki inqilab xalq üçün müvəffəqiyyətlə sonlanarsa gələcək höküməti və dövlət qurumlarını ağır bir imtahan gözləyəcək çünki insanların gözləntiləri çox yüksək olacaq. Demək olar ki , bu dövr demokratiya üçün sınaq olacaq çünki demokratiya yenə sinifdə qalarsa Misirin ikinci İran olma ehtimalı artacaq. Bu qənaətə gəlməmdə əsas səbəb Misirdə güclü olan dini qurupların xüsusi ilə də  Müsəlman Qardaşların böyük nüfusa sahip olmasıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: