İnsanlararası Ünsiyyətin Vacibliyi

İnsanlararası ünsiyyət son dərəcə əhəmiyyətli bir bacarıqdır və sizin dostunuzla, sevgilinizlə, ortağınızla və müdirinizlə olan əlaqə məhs  insanlararası  ünsiyyətə bağlıdır. Örnək olaraq, 1001 adam arasında aparılan sorğuda ortaya çıxıb ki, onların 53%-inin evliliklərindəki problemlərin  əsas səbəbin ünsiyyətin zəif olmasında görür ancaq 38%-i maddi səbəblərlə və 14% hüquqi müdaxilə ilə əlaqələndirir (How America Communicate, 1999).  Ünsiyyət bacarığın münasibətlərimizə olan təsirin mətnin əsas mövzusudur və belə mövzuya bir çox dəfə gələcəyik.

Bənzər şəkildə, insanlararası ünsiyyət bacarığı peşəkar müvəffəqiyyətdəki rolu bir çox  dəfə sənədləşdirilmişdir. Yaxın zamanda “Vol Strit Jurnalı” (Wall Street Journal) yayınlanan məqalənin başlığı belə adlandırılmışdı: “İşə necə qəbul olarsan: İşə qəbul edənlərdən soruşduq ki,  MBA (Biznes İdarəsi Üzrə Magistr Dərəcəsi) məzunları nəyi səhf edir. Onların məsləhətin nəzərə almamaq sizin ziyanızadır.” (Alsop, 2004). Məqalədən məlum olur ki, işə qəbul edənlərin 89%-i işə qəbul zamanı  diqqətə alınan iyirmi-üç qabiliyyətdən biri olan “ünsiyyət” sıralamada birinci olduğunu təsdiqləyir. Bu göstərici “nəzəri bili”yindən (işə qəbul edənlərin 25% ), “tərcüməi halın məzmunun”dan (34%)  və “işə alınmaq üçün gərəkən dəyərlərə xərclənən sərmayə”dən də yüksəkdir. İşverənlərlə edilən anketdə isə, bu “zərif bacarığ”ın müvəffəqiyyətli ilə müvəffəqiyyətsiz arasındaki əsas fərq olduğu aşkarlanmışdır (Coplin, 2004). İşverənlər müəyyən etmişlərki “iş etikası, ünsiyyət, məlumat yığmaq, və bacarıq siyahıda yuxarıdadır, həmçinin sonra analitik və problem həl etmək bacarıqlarıdır. Bu qabiliyyətlər bütün sahələr üçün aiddir”. Bu araşdırma maraqlı olsada təzə bir şey ortaya çıxartmayıb. Misal üçün, on il əvvəl Miçiqan Dövlət Universitetinin Ali-təhsillilərinin İstihdamını Araşdırma İnstitutunun (the Collegiate Employment Research İnstitute of Michigan State Univesity)  beş yüz işverənlə etdiyi araşdırmada“yaxşı danışığın, yazının və insanlarla ünsiyyətin zəif olması təzə universitet məzunlarının gözəbatan cəhətləridir ” (Scheetz, 1995). Eyni ildə, işəalanların axtardıqları xüsusiyyətlər üzrə aparılan təhqiqat, tələbələrin, fakültələrin və işəalanların özlərində ünsiyyətin ən əsas bacarıq olduğunu qəbul etdiklərini göstərir. Eyni ildə, acentalar tərəfindən insani keyfiyyət əlaqədər  aparılan tədqiqat göstərir ki, tələbələr fakültələr və işəalanların özləridə ünsiyyətin ən əsas bacarıq olduğunu qəbul edirlər.

İnsanlararası bacarığın peşəkarlıqda müvəffəqiyyətli olunmasında həlledici  olduğu yüzlərcə tələbə tərəfindən uzun zamandır ki bilinməktədir (Morreale, Osborn, & Pearson, 2000). Həqiqətəndə, insanlararası bacarıq çox əhəmiyyətli hesab olunur ki ABŞ Əmək İdarəsinin (Department of Labor) “Məktəblərdə Nə İşlər Gərəklidir” hesabatı (hesabat idarəçilərlə, işverənlərlə və işçilərlə öz peşələrini səmərəli failiyət göstərmək üçün gərəkən bacarıqları haqqında verdikləri müsahibəyə əsaslamaqdadır) göstərirki insanlararası bacarıq milləti və fərdləri  dünya bazarında  qənaətcil yarışması üçün gərəkən beş ən vacib praktik bacarıqdır (New York Times, 3 iyul, 1991, s. A17). İnsanlararası bacarığın “gələcək idarəsinin əsası” (the office of future) olduğu düşünülür (TMA Journal, 1999, s. 53). Bu, gələn əsrdə “maliyyəçi paşakarların əsas sənət üstünlüyü” olacaq (Messmer 1999) və iş yerindəki zorakılıqlara imkan verməməkdə əsas rol oynayacaq (Parker, 2004).  Sağlıq xidmətləri sənayəsində edilən təhqiqatda, ünsiyyət qabiliyyətinin xəstələrə güvən verməsi  tibb bacılarını şirkət iyerxiyasında yerini açıq şəkildə yüksəldir, və tibdəki tərslikləri azaldır və həkim-xəstə ünsiyyətin yaxşılaşdırır (Sutcliffe, Lewton, & Rosenthal, 2004; Smith,  2004). Insanlararası ünsiyyət bacarığı altı bacarıqdan biri olaraq peşəkar terapevtlərin və təcrübəçilərin qabilliyəti kimi müəyyənləşdirilib (Epstein & Hundert, 2002). Mehmanxana və restoran idarəçilərinin təhsili üzrə tədqiqatda belə qərara gəlmək olar ki, rabitə və insanlararası kommunikasiya qabilliyəti vurğulanması gərəkən üç ən vacib amildən biridir(Dittman, 1977); İnformasiya Texnologiyası peşəkarlarıyla edilən təhqiqatda görünür ki, bu qabiliyyətlər özü-özlüklərində ən əsas biznes səlahiyyətidir (Bassellier & Benbasat, 2004). Insanlararası ünsiyyətin  peşələrin əksəriyyətində öz vacibliyini əks etdirdiyi açıqca görünür.

Şübhəsis, sənin uğurlu münasibətin və peşən insanlararası bacarıqla əlaqədərdir: Onlar, sənin xüsusi hədəflərin nə olur olsun, sənə partnyorla münasibətdə təsirli olmaqda və peşəndə müvəffəqiyyətlər əldə etməkdə sənə kömək edəcək.

İnsanlararası ünsiyyət haqda olan nəzərriyələri və təhqiqatları anlamaq və bacarıqları mənimsəmək üçün birlikdə ilərləyək. İnsanlararası ünsiyyət haqda nə qədər çox bilsən, nəyin işlədiyi və işləmədiyi haqda bir o qədər çox məlumat alacaqsan və gözü açıq olacaqsan. Nə qədər çox belə bacarıqların ünsiyyət strategiyanda əsas rol oynasa, hərcür situasiyada o qədər güclü seçimin olacaq. Qısacası, nə qədər  çox məlumat və güclü ünsiyyət seçənəklərin ixtiyarinda olsa, o qədər çox ehtimal varki sənin şəxsi hədəflərin həyata keçsin.

The Interpersonal Communication book, Pearson yayımı, Joseph A. DeVito, tərcümə etdi Toğrul İsaoğlu 12.01.2010

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: